XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Aprel 2017 - 14:51

“Azərenerji”:"Küləkli hava şəraiti müəyyən fəsadlar yarada bilər"

“Son illər görülən fundamental tədbirlər nəticəsində enerji sistemi stabil və dayanıqlı vəziyyətə gətirilib. Elektrik enerjisi sisteminin manevretmə qabiliyyəti yaxşılaşdırılıb”. 

Bunu “Report”a “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib.

Y.Babanlı deyib ki, küləkli hava şəraiti müəyyən fəsadlar yarada bilər: “Bütün vaxtlarda, eləcə də belə qeyri-sabit güclü küləkli havalarda da təchizatçıları fasiləsiz və keyfiyyətli enerji ilə təmin etməyə hazır olsaq da, birmənalı şəkildə sığortalanmaqdan danışmağı obyektiv hesab etmək olmaz. Çünki bu kimi stiuasiyalar var ki, onlar bəzən müəyyən fəsadlar yarada bilər”.