XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

01 Aprel 2017 - 18:17

Siyasi partiyaların MSK-ya 2016-cı il üzrə maliyyə hesabatını təqdimetməmüddəti başa çatıb

Azərbaycanda siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2016-cı il üzrə maliyyə hesabatını təqdimetmə müddəti başa çatıb.

"Report"un xəbərinə görə, dövlət qeydiyyatına alınan 55 siyasi partiyadan indiyədək MSK-ya 22-si maliyyə hesabatı təqdim edib.

MSK həmin partiyaların adlarını açıqlayıb. Bunlar hakim Yeni Azərbaycan Partiyası, “Azərbaycan Mübarizləri” Partiyası, Azərbaycan Liberal Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, “Milli Vəhdət” Partiyası, Azərbaycan Kommunist Partiyası, Böyük Quruluş Partiyası, Müsavat Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Müasir Müsavat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, “Ana Vətən” Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası və Vəhdət Partiyası, 18. Azərbaycan Təkamül Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, "Birlik" Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası,və Azərbaycan Respublikaçılar Partiyasıdır.

Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Artıq, siyasi partiyalar 3 ildir ki, maliyyə hesabatını MSK-ya təqdim edirlər. Əvvəlki illərdə partiyaların bəziləri maliyyə hesabatını təqdim etməsələr də, MSK indiyədək Ədliyyə Nazirliyinə müraciət etməyib.