XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

02 Aprel 2017 - 19:13

Əfqanıstanda “Taliban”ın 10 silahlısıməhv edilib

Əfqanıstanın təhlükəsizlik qüvvələri ölkənin şimalındakı Tahar vilayətində "Taliban" radikal hərəkatının silahlılarının hücumunu dəf ediblər.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin generalı Şir Əziz Kamaval məlumat verib. O, qeyd edib ki, əməliyyat zamanı 10 silahlı məhv edilib.

"Onlarla silahlı gecə yarısı Kabildən 245 kilometr şimalda yerləşən, Tacikistanla sərhəddəki rayon mərkəzi Darkada hücum etməyə cəhd göstəriblər. Təhlükəsizlik qüvvələri hücumu dəf ediblər. Bir neçə saatlı ağır döyüş zamanı 10 silahlı öldürülüb, daha 9 nəfər yaralanıb" – deyə Daxili İşlər Nazirliyinin əməkdaşı bildirib.

Hücum zamanı həmçinin 3 polis əməkdaşı yaralanıb. (Report)