XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

04 Aprel 2017 - 16:14

Fransa heykəltəraşının əl işlərinə həsr olunmuş foto-sərgi keçirilib

Frankofoniya Həftəsi çərçivəsində rumın əsilli  Fransa heykəltəraşı Konstantin Brankuzinin əl işlərinə həsr olunmuş foto-sərgi keçirilib. 

Azərbaycanda Fransa İnstitutunda təşkil olunan tədbirdə  Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku heykəltəraşın həyat və yaradıcılğından danışıb. Səfir K.Brankuzinin yaradıcılığında mədəni və mənəvi dəyərlərin sintez təşkil etdiyini xatırladıb: “Brankuzi XX əsr heykəltəraşlığının əsas xadimi və abstrakt formanın yaradıcısı və hazırda müasir heykəltəraşlığın atası hesab edilir. Heykəltəraşlıq, rəsm əsəri və qrafika sahəsinə müasir forma anlayışının gətirilməsində onun yaradıcılığının dərin təsiri olub” deyən səfir bildirib ki, heykəltaraşın əsərləri Rumın xalq sənətinin sadəliyi ilə Parisin bədii avanqard atmosferinin zərifliyini özündə birləşdirən formaların eleqantlığı və materiallardan həssalıqla istifadə edilməsi ilə seçilirdi. Heykəltaraşı böyük sənətkar adlandıran səfir qeyd edib ki, K.Brankuzi Rumıniyada müasir heykəltəraşlığın əsasını qoyub.

Aprelin 9-dək davam edəcək sərgidə heykəltaraşın 30-a yaxın əsərinin nümayiş ediləcəyini xatırladan D.İanku bildirib ki, K.Brankuzinin əsərləri demək olar ki, inqilabi hadisələrə həsr olunub.

Xatırladaq ki, frankofoniya həftəsi çərçivəsində dahi heykəltaraşın əsərləri Rumıniya ilə yanaşı, Fransa, ABŞ və digər ölkələrdə nümayiş etdirilir. 

Strateq.az