Dubayın Səhiyyə Komitəsi şəhərin ticarət mərkəzlərində elektron tibb köşkləri quraşdıracaq.
Onların köməyi ilə sağlamlığın ümumi durumunu sürətlə yoxlamaq mümkündür. Bu təşəbbüs şəhər xəstəxanalarının yükünü azaltmaq məqsədi daşıyır. Yerli KİV-lərin məlumatına əsasən, 18 müxtəlif tibb aparatı ilə təchiz edilmiş bu köşklər onlayn rejimində pasiyentlərlə həkimlər arasında əlaqə yaradacaq.
Pasiyentlər ekspress-teletəbabət sayəsində qan təzyiqlərini, qanda qlükoza və xolesterinin miqdarını ölçə, habelə canlı ünsiyyət rejimində həkim məsləhəti ala biləcəklər. Sonra onlara tibbi rəy veriləcək. Rəyi oradaca çap etmək mümkün olacaq(azərtac).