XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

08 Aprel 2017 - 10:13

Terror aktından sonra İsveç sərhəd nəzarətitədbirlərini sərtləşdirir

Aprelin 7-də Stokholmda baş verən terror aktından sonra ölkənin baş naziri Stefan Löven sərhəd nəzarəti tədbirlərinin sərtləşdirilməsinə dair qərar imzalayıb.

"Biz sərhəd nəzarəti tədbirlərinin sərtləşdirilməsi qərarına qəmişik. Terroristlər bizim necə yaşamalı olduğumuzu diktə edə bilməzlər", – deyə hökumət başçısı bildirib.

Baş verən terror aktının İsveçdə demokratiyaya qarşı yönələn bir hücum olduğunu əlavə edən Stefan Löven hadisə nəticəsində 4 nəfərin öldüyünü və çoxlu sayda yaralıların olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Şengen zonasına daxil olmasına baxmayaraq, son illər krallıqda böyük vüsət alan miqrant axınının idarə olunması üçün 2015-ci ildən başlayaraq İsveç sərhəd nəzarəti tədbirləri həyata keçirir(azərtac).