XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

08 Aprel 2017 - 14:17

Fransa:baskların ETA təşkilatı silahı yerə qoyur

Aprelin 8-də baskların ETA təşkilatı Fransanın cənub-şərq hissəsində yerləşən 12 gizli silah anbarlarının yerini polisə bildirib. Bu barədə AFR agentliyi Fransa polisindəki mənbəyə istinadla məlumat yayıb.

Azərtac xəbər verir ki, TASS informasiya agentliyinin məlumatına əsasən, bu gün Fransanın Bayonna şəhərində ETA təşkilatının “tərksilah mərasimi” olacaq. Radikal baskların nümayəndələri atıcı silahları, döyüş sursatlarını və partladıcı maddələri qanun keşikçilərinə təhvil verməyi vəd edib. ETA silahlı əməliyyatları əsasən qonşu İspaniya ərazisində həyata keçirsə də, təşkilatın təlim mərkəzlərinin və silah anbarlarının olduğu arxa cəbhəsi Fransa ərazisində yerləşib.

İspaniyanın Milli Məhkəmə Kollegiyası ETA-nın silah arsenalını təhqiq edərək təşkilatın üzvləri tərəfindən törədilən keçmiş cinayətlərin üstünü açmaq üçün sübut toplamaq niyyətindədir.

1959-cu ildə yaradılan ETA təşkilatı 60 ilə yaxındır ki, İspaniyanın şimalında və Fransanın cənub-qərbindəki ərazilər də daxil olmaqla, baskların yaşadığı torpaqların müstəqilliyi uğrunda mübarizə aparır. Bu müddət ərzində təşkilatın terror hücumları nəticəsində 800 nəfərdən çox insan həlak olub.

Populyarlığını getdikcə itirən ETA 2011-ci ildə silahlı mübarizəni dayandırmaq barədə qərar versə də, İspaniya və Fransa polisi bu gün də təşkilat üzvlərini təqib edir.