XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

10 Aprel 2017 - 19:56

“Baddi ayısı” heykəlinin rəsmi açılışı olacaq

Almaniyanın Azərbaycandakı səfirliyi rəngarəng "Baddi ayısı" heykəlinin İSR Plaza binasının qarşısında rəsmi açılış mərasimini keçirəcək. Qeyd edək ki, Almaniya səfirliyi 2002-ci ildən İSR Plazada yerləşir. Səfirlikdən Strateq az- a  bildiriblər ki, binanın qarşısında dayanacaq rəngarəng heykəl Alman-Azərbaycan münasibətlərinin simvolu olacaq. Bu il Almaniya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd olunur. Xatırladaq ki, bu ayı Berlinin simvoludur və hal-hazırda dünyanın bir çox ölkəsində orijinal sənət əsəri kimi nümayiş olunur. “Baddi ayısı” heykəli azərbaycanlı rəssam xanım tərəfindən Almaniya və Azərbaycan mədəniyyətlərinə xas elementlər əsasında rənglənib.

Strateq.az