XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

01 Noyabr 2015 - 10:48

Oliqarxlarımız milyonluq villalarını satışa çıxarıb – 3 mülk 10 milyona!

villa.jpg

 
Sentyabrın ortalarından etibarən, Bakı və ətrafında dəyəri 1-1,5 milyon manatdan başlayan mülklərin satışa çıxarılması prosesi sürətlənib.
 
Strateq.az Qaynar.info-ya istinadən bildirir ki, daşınmaz əmlakların alqı-satqısı ilə bağlı elan saytlarında bu haqda elanların sayı-hesabı yoxdur. 
 
Həmin saytlarda aparılan monitorinqin nəticələrinə görə, əsasən Bakının ŞüvəlanMərdəkan qəsəbələrindəki çoxmilyonluq mülklərin satışa çıxarıldığı müşaiyət olunur.
 
Bu zaman daha bir maraqlı məqam diqqət çəkib. Məlum olub ki, oktyabrda satışa çıxarılan təkcə üç mülkün ümumi qiyməti 10 milyon manatın üzəridədir.
Belə ki, Şüvəlanda 4 mərtəbəli dəniz mənzərəli ultra-lüks villa 4 milyon 500 min manatdan satışa qoyulub. Fərdi arxitektur layihə əsasında inşa edilən, estetik cəhətdən cəlbedici villa modern elementləri ilə zəngin klassik üslubda daxili bəzək işləmələri, rəssam əl işi, yüksək stil və dizaynı, xaricdən gətirilmiş eksklüziv mebelləri və ipək xalçaları ilə diqqət çəkir.
 
1-ci mərtəbəsində geniş 69.48 kvadratmetr salonu, həmçinin hidromasajlı hovuzu, saunası, 23.00 kvadratmetrlik mətbəxi, 3 santexnik qovşağı olan evin döşəməsi fosforlu, yerdən isitməli mərmərlə döşənib.
 
2-ci mərtəbəsində 73.26 kvadratmetrlik olan kamin zalına açılan nəhəng yataq otağınin terrası var. Bundan başqa daha 3 yataq otağı, 2 santexnik qovşağı var, hər bir otaq kondisioner və televizorla təchiz olunub.
 
3-cü mansard mərtəbəsində sahəsi salon , iş otağı, 1 mətbəx, terras balkonu, 1 jakuzi və 1 santexnik qovşağı yerləşir.
Otaqların hər birində kamin qurşadırılıb.
 
Ev mərkəzləşdirilmiş istilik sistemi və evə daxil olan ümumi su xəttinə qoşulmuş təmizləyici su filterləri ilə təchiz olunub. Evin zəmin qatında fitnes salonu, bar, mətbəx, sanuzel, qazanxana, anbar, xidmətçi otağı, çamaşırxana və xidməti otaq yerləşir.
 
ümumi sahəsi 28 sot olan həyətdə 1 mərtəbəli tam şəraitli, xidmətçilər üçün nəzərdə tutulmuş ev, 4 maşınlıq qaraj, 150 tonluq su çəni, böyük gözəl hovuz , yay mətbəxi+manqal sahəsi və santexnik qovşağı var.
Bütün bunlardan əlavə, həyətdə əsas evin sağ tərəfində ümumi sahəsi 220 kvadratmetr olan qonaqlar üçün nəzərdə tutulmuş ikimərtəbəli yüksək komfortlu ev inşa edilib.

villa-2.jpg

Bakının Qaradağ rayonunun Sahil Qəsəbəsində yerləşən villanın satış qiyməti isə 4 milyon manatdır. 4 mərtəbəli bu dəbdəbəli mülk 22 sot torpaqda inşa edilib. Mülkdə komfort həyat üçün hər şey var. ümumi sahəsi 1200 kvadratmetrdir.
 
Bakının Nərimanov rayonunda yerləşən 4 mərtəbəli villanın satış qiyməti isə 2 milyon 900 min manatdır. 4 mərtəbəli, ümumi yaşayış sahəsi 1000 kvadratmetr olan, 10 otaqdan ibarət modern üslubda tikilmiş əla təmirli villanın öz qazanxanası da var.
 
Onu da deyək ki, xüsusilə son 1 ayda çoxmilyonluq villaların satışının intensivləşməsinin Azərbaycanda yüksək çinli məmurlar ətrafında cərəyan edən hay-küylü proseslə eyni vaxta təsadüf etməsi maraq doğurur.