Ərdoğan ölkəni birləşdirəcəkmi?
Ərdoğanın partiyası Türkiyəni prezident respublikasına çevirməyə imkan verəcək 330 yerdən bir qədər az – 316 mandat aldı. Amma bu o demək deyil ki, prezident hakimiyyəti öz əlində cəmləşdirməkdən əl çəkib. Buna baxmayaraq, AKP başa düşür ki, Türkiyə cəmiyyəti bölünüb. Qələbədən sonra məhz “hamının adından idarə etmək” vədinin verilməsi də bununla izah olunur.
Müxalifətin böyük hissəsi isə bu vədlərə şübhə ilə yanaşır. Kürdlərə yaxınlığı ilə seçilən Xalqların Demokratik Partiyası (HDP ) kürdlərin yaşadığı vilayətlərdə silahlı mübarizənin yenidən başlaması ilə səs itirdi. Partiya liderləri idda edirlər ki, hökumət seçicilər qarşısında ölkədəki sabitliyin tək təminatçısı kimi görünmək üçün özü bu iğtişaşlara yol açıb.
Konstitusiyaya görə, siyasi mübarizədən kənarda durmalı olan prezident Ərdoğan “Ya mən, ya xaos” şüarı ilə kampaniya apardı.
Ərdoğanın hakimiyyətdə olduğu müddətdə müxalifət tədricən KİV-ə çıxış imkanlarını itirdi. Tənqidçi jurnalistlər isə bu və ya digər üsullarla susduruldu.
Bu seçkilərdə o, ölkənin qeyri-stabillikdən yeganə xilaskarı rolunda çıxış etdi və bir çox seçicilər buna inandılar.
Amma əsas sual cavabsız qalır: “Ərdoğan seçkilərdən sonra ölkəni birləşdirməyə səy göstərəcəkmi?”
İdeoloji müharibə meydanlarında
11 il Baş nazir postunu tutduqdan sonra Ərdoğan 2014-cü ilin avqustunda ölkənin xalq tərəfindən birbaşa seçilən ilk prezidenti oldu. Bu vaxta qədər Türkiyədə prezident postu daha çox mərasim xarakterli idi. Prezident postunu tutduqdan sonra o, əlində daha çox hakimiyyət cəmləşdirməyə başlayıb. Onun əsas məqsədi Türkiyəni prezident respublikasına çevirməkdir.
Müxalifət isə daha çox Ərdoğanın dünyəvi dövləti islam dövlətinə çevirməyə çalışmasından qorxur.
Hakimiyyət zirvəsinə doğru
Partiya funksionerindən prezidentliyə gedən yol. Ərdoğan Ağ sarayın pilləkənləri qarşısında.
1970-1980-ci illər – Ərodoğan Nəcməddin Ərbakanın Rifah Partiyasının fəal üzvü olub.
1994-1996-cı illər – İstanbulun meri. Hərbi çevriliş nəticəsində bu postu itirib.
1998-ci il – Rifah Partiyası ləğv edilir. Ərdoğan dini nifaq salmaq ittihamı ilə 4 ay müddətində həbs olunub.
2001-ci ilin avqust ayı – Ərdoğan və Abdulla Gül islamçı Ədalət və İnkişaf Partiyasını (AKP) yaradıb.
2002-2003-cü illər – AKP parlament seçikilərində inamlı qələbə qazanır. Ərdoğan Baş nazir postunu tutur.
2014-cü ilin avqust ayı – Ərdoğan birbaşa seçkilərdə qalib gələrək prezident seçilir.
Hərbçilərlə qarşıdurma
AKP-nin qalib gəlməsinə qədər son 10 il ərzində hərbçilər siyasətə müdaxilə edərək islamçıların təsrinin artmasına mane olmağa çalışıblar. 2013-cü ildə Ərdoğan hərbi elitanı tam cilovlaya bildi. ölkə ordusunun rəhbərliyində təmsil olunan hərbiçilər “AKP-yə qarşı hərbi çevriliş” ittihamı ilə ömürlük həbsə məhkum edildilər.
“çəkic əməliyyatı” nəticəsində bir çox zabit və jurnalist, siyasətçilər istintaqa cəlb olundular.
2011-ci ildə Türkiyə ordusunu ali zabit heyətindən 200 nəfərin həbs olunmasından sonra Hərbi Hava və Hərbi Dəniz Qüvvələri komandanları etiraz əlaməti olaraq istefa verdilər.
Ərdoğının rəqibləri idda edirlər ki, o, məhkəmə sistemindən öz siyasi opponentlərinin susdurulması üçün istifadə edir. Onlara qarşı uydurulmuş ittihamlar irəli sürülüb.
Amma onun tərəfdarları sevinc içində idilər: Ərdoğan əvvəl toxunulmaz olan, özlərini Mustafa Kamal Atatürkün yaratdığı dövlətin mühafizləri hesab edən hərbçilər və siyasətçilər üzərində qələbə çaldı.
Taksim meydanında etirazlar
2013-cü ilin iyununda Ərdoğan hakimiyyətinin bütün gücünü İstanbuldakı etirazların yatırılmasına yönəltdi. Bu etirazların başlamasına Gəzi parkındakı ağacların böyük tikinti layihəsinin başlamaq üçün kəsilməsi səbəb oldu.
Etiraz dalğası digər iri şəhərlərə də yayıldı. Bu aksiyalarda cəmiyyətin dünyəvi dövlət tərəfdarları iştirak edirdilər. Bu insanlar Ərdoğan tərəfindən təşviq edilən islamçı dəyərlərin yayılmasından narahat olmuşdular.
2013-cü ilin dekabr ayında isə böyük korrupsiya qalmaqalı hökuməti silkələdi. üç nazir oğlu həbs edildi. Ərdoğan tənqidi çıxışlarında əsas hədəf kimi “təxribatçıları”, sosial şəbəkələri seçdi, “Tvitter”i “məhv etməyə” and içdi.
Türkiyənin bir çox vətəndaşlarını və xüsusən Anadolunun kiçik şəhər və kəndlərdə yaşayanları isə prezidentin “döyüşkənliyi” cəlb edir.
Amma onun reputasiyasını 301 nəfərin həlak olduğu kömür şaxtalarından birində baş vermiş qəzaya “soyuq münasibət” göstərməsi zədələdi. Şaxtanın sahibləri onun sadiq tərəfdarlarından idi.
İslam dirçəlişi
Keçmiş prezident Abdulla Gülün qızının toyunda
Ərdoğan bəyan edir ki, o İslam dəyərlərini yaymaq niyyətində deyil. Onun sözlərinə görə, ardıcıl dünyəvi dövlət tərəfdarıdır. Amma o türklərin “özlərinin dini inanclarını açıq ifadə etmək hüququnu dəstəkləyir”.
Bu cür bəyanatlar AKP elektoratının çoxluq təşkil etdiyi Anadoluda rəğbətlə qarşılanır. Ərdoğanın ən sadiq tərəfdarlı onu “Sultan” adlandırmağa başlayıblar və sanki, Türkiyəni “Osmanlı imperiyasının “qızıl günlərinə” qaytarmağa” çalışırlar.
2013-cü ilin oktyabrında isə Türkiyədə dövlət idarələrində hicab qadağası götürüldü.
Ərdoğanın həyat yoldaşı, onun uzun illərdən bəri tərəfdarı olan Abdulla Gülün arvadı kimi bütün rəsmi tədbirlərdə hicabla iştirak edir.
Prezidentin rəqibləri ailədə xəyanətin cinayət hesab edilməsi və ölkənin bəzi vilayətlərində spirtli içkilərın tam qadağan edilməsi cəhdlərini də ona xatırladırlar. &nbs
p;Ərdoğan dini təhsil alıb, sonra isə Mərmərə Universitetində menecer ixtisasına yiyələnib.
Amma kütləvi çıxışlarının birində aşağıdakı misraların olduğu şeir də söyləmişdi:
“Məscidlər bizim qalamız;
Qübbələr dəbilqəmiz;
Minarələr süngülərimiz;
İnanclılar əsgərlərimizdir”.
Sultan ədaları
Ərdoğanın tənqidçiləri idda edirlər ki, onun tikdirdiyi yeni prezident sarayı da avtoritar hakimiyyətinin təzahürüdür. Ağ Saray Ankara ətrafında bir təpədə inşa olunub. Sarayda 1000 otaq var, Kreml və Ağ evdən daha böyükdür. Onun tikintisi Türkiyəyə 615 milyon dollara başa gəlib.
BBC Rus xidməti
02.11.2015-ci il