XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2015 - 09:30

Xamneyi məşhur şüardan danışdı: “”Amerikaya ölüm” şüarı amerikalılara aid deyil”

 

xamneyi.jpg

“Amerikaya ölüm” şüarı amerikalılara deyil, Amerika siyasətinə aiddir”.

Strateq.az bildirir ki, bu sözləri İranın ali dini rəhbəri Xameneyi özünün rəsmi saytındakı şərhində bildirib.

O qeyd edib ki, ABŞ əlinə düşən ilk fürsətdə İranı məhv etməkdə ləngiməyəcək.

Qeyd edək ki, bu gün İranda 1979-cu il hadisələri xatırlanacaq. 4 noyabr 1979-cu ildə radikal islamçı gənclər Tehrandakı ABŞ səfirliyinə hucum edərək oranı ələ keçirmişdilər. Bundan sonra iki dövlət arasında diplomatik münasibətlər kəsilib.

Parlamentin dünənki iclasında deputatların əksəriyyəti bəyan edib ki,nüvə proqramı ilə bağlı Amerika ilə əldə olunan razılaşmaya baxmayaraq  İran “Amerikaya ölüm (Mərg ba Amerika) ” şüarından imtina etməyə hazır deyil.  

X. SƏFƏROĞLU