XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 November 2015 - 11:10

NATO-dan Moskvaya sərt mesaj: “Qarabağda istifadə olunan silahların əsas hissəsi Rusiyadan gətirilir”

nato rus.jpg

 

“Qarabağ  münaqişəsində istifadə olunan silahların əsas hissəsi Rusiyadan gətirilir”

Strateq.az  bildirir ki, bu sözləri NATO-nun Cənub Qafqaz üzrə əlaqə zabiti Uilyam Laxyu Yerevanda keçirdiyi mətbuat konfransında bəyan edib.

Erməni jurnalistlər NATO təmsilçisindən  Türkiyənin Azərbaycanı silahla təmin etməsi ilə bağlı məsələyə münasibət bildirməsini istəyiblər. Laxyunun cavabı birmənalı olub.  

NATO təşkilat olaraq öz  süveren üzvlərinə xarici siyasətlərini necə qurmalarını  diqtə edə bilməz. Mən sizin bu iddianızla bağlı məlumatla tanış deyiləm və onu şərh edə bilmərəm. Əsas odur ki, münaqişəyə cəlb olunmuş tərəflər konfliktin eskalasiyası və yeni qurbanların olmaması üçün zəruri tədbirlər görsünlər”.

X.SƏFƏROĞLU