XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2015 - 15:43

Robert Sekuta: “ABŞ yeni seçilmiş parlamentlə əməkdaşlıq edəcək” – AÇIQLAMA

 

sekuta-1.jpg

 

“ABŞ Azərbaycanın yeni seçilmiş parlamenti ilə əməkdaşlıq edəcək”.

Strateq.az bildirir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta “Amerikanın Səsi” radiosuna bildirib.

Onun sözlərinə, ABŞ bütün dünya ölkələri ilə bunu edir və burada qeyri-adi heç nə yoxdur.

“Biz seçkilərdən əvvəl də bəyan etmişdik ki, seçilmiş millət vəkilləri ilə əməkdaşlıq edəcəyik”, – deyə o qeyd edib. 

ABŞ Dövlət Departamentinin bəyanatına diqqət çəkən diplomat bildirib ki, həmin açıqlamada seçkilərin hakim partiyanın üstünlüyü ilə keçdiyi, amma ATƏT DTİHB-nin seçkiləri müşahidə etməməsindən təəssüf hissi bildirilib.

Səfir Sekuta ABŞ-ın Azərbaycan prezidentininin Əfqanıstandakı əməliyyatlara dəstək məsələsində qanuni çərçivəsinin yenilənməsi ilə bağlı öz minnətdarlığını bildirib.  “Sülhməramlı əməliyyatlar sahəsində əməkdaşlıq hər iki ölkə üçün vacibdir”, o qeyd edib.

Səfir Amerikanın Səsinin iki ölkənin siyasi və iqtisadi sahədə əməkdaşlığının perspektivləri barədə sualının cavabında deyib. “Bizim ölkələrimiz bu istiqamətdə əməkdaşlıq edirlər. Bu əməkdaşlıq hər iki ölkə üçün vacibdir və bunun davam etdirilməsi də hər iki ölkə üçün faydalıdır. Mən bir daha bildirirəm ki, bizim Azərbaycanla güclü, müsbət əlaqələrimiz var, və bu əlaqələr geniş spektrli bir sıra məsələlər və sahələr üzrə bundan sonra da davam edəcək. Qaldı ki, Azərbaycan hökumətinin bu məslələrə münasibətinə, onu Azərbaycan hökumətinin özündən soruşun. Bu yaxınlarda Azərbaycan hökumətinin müxtəlif qurumları ilə söhbət etmiş bir şəxs kimi sizi əmin edə bilərəm ki, ABŞ-ın Azərbaycanla güclü və hərtərəfli əlaqələr üzrə çox güclü marağı var “,-deyə o qeyd edib.

 

Cənab Sekuta ATӘT-in  20 ildәn çox davam edәn Dağlıq Qarabağ münaqişәsini hәll edә bilmәmәsi ilə bağlı sualın cavabında deyib ki, hәr hansl tәşkilat, o cümlәdәn ATӘT suveren, müstәqil dövlәtlәri nәsә etmәyә vadar edә bilmәz.

Onun sözlәrinә görә, ATӘT soyuq müharibәn sonra ölkәlәr üçün sülh vә rifah naminә әsas baza prinsiplәrini müәyyәn edir.

“Bunların arasında әrazi bütövlüyü, güc tәtbiq etmәmәk vә bununla hәdәlәmәmәk, öz müqәddәratını tәyin etmәk prinsiplәri var. Burada iqtisadiyyat, insan haqları vә tәhlükәsizlik sahәlәri üzrә dә mәsәlәlәr var. Bu tәşkilat çәrçivәsindә ATӘT-in Minsk qrupu hәmsәdrlәri 2 ölkәni bir araya gәtirmәk, sülh yolu ilә nizamlanma istiqamәtindә irәlilәyiş әldә etmәyә çalışırlar. Bu tәşkilat münaqişәnin nizamlanma çәrçivәsini müәyyәn edir. Bu struktur olmadan biz әsrin әvvәlindәki vәziyyәtә qayıda bilәrik. Mәhz bu baxımdan tәşkilatın әhәmiyyәti bir daha diqqәtә çatdırılır”, -deyə o qeyd edib.