XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2015 - 09:16

“Mənim 500 yüz minimi qaytarın” – Sahibkar intihara qalxdı, icra başçısı araya girdi (FOTO)
 
Bu gün saat 09:45 radələrində 50-55 yaşlarında şəxs çoxmərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyib. Hadisə yerinə çox sayda insan toplaşıb. İntihar cəhdinin qarşısını almaq üçün  FHN və DİN əməkdaşları əraziyə cəlb olunub. 
 
Musavat.com-a daxil olan məlumata görə, intihara cəhd edən İlqar Məmmədov adlı şəxs “Zeytun bağı” restoranın sahibi olub. İntiharın səbəbi restoranın sökülməsi olub.
 
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri, təcili yardım briqadası, Binəqədi Rayon Polis İdarəsinin şəxsi heyəti cəlb olunub.
 
 Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq İsmayılov da hadisə yerinə gəlib və həmin şəxslə söhbət aparılıb. Lakin o, rəsmi şəxslərin gəlməsini tələb edib.
 
Lent.az-ın məlumatına görə sahibkar olduğunu deyən şəxs daha işləyə bilmədiyini, bezdiyini bildirib, “Mənim 500 yüz minimi qaytarın” – deyə tələb səsləndirib.

 
Son məlumata görə, hadisə yerinə  bir neçə təcili tibbi yardım maşını və FHN-nin xilasediciləri gəlib. Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov da olay yerinə gəlib. 
 
Başçı intihara cəhd edən şəxslə 15 dəqiqə söhbət edib və onun aşağı düşməsini xahiş edib. Lakin sahibkar “Mənə yazılı iltizam verməsəniz, buradan düşməyəcəyəm“-, deyib.  
 
X. İsgəndərov yazılı iltizamın özündə olduğunu deyəndən sonra intihara cəhd edən şəxs binanın damından düşüb. Baş verənlərdən sonra sahibkarın sağlıq durumunda ciddi problemlər yaranıb. 
 
Onun yaxınlarından biri “Yeni Müsavat”a deyib ki, İlqar Məmmədova həkimlər yardım göstərib: “Şəkəri qalxıb, özünü çox pis hiss edir. Səhər gələnlər onu həddən ziyadə əsəbiləşdirmişdilər. Xaləddin müəllim gəlib dama çıxmasaydı, İlqar müəllim özünü atacaqdı. Bezib. Gələnlər özlərini təqdim etmirlər. Deyirlər, binanı sök. Bura xeyli pul qoyulub, necə yəni sök? Sökdürürsənsə, pulunu ver”.
 
İcra başçısı sahibkarı fikrindən daşındıra bilib. Sahibkar intihara cəhddən əl çəkib və FHN əməkdaşları tərəfindən  binadan endirilib.