Türkiyə İran qazını TANAP xətti ilə öz ərazisindən Avropaya nəql etməyə hazır olduğunu bildirib.
Strateq.az bildirir ki, bu barədə Türkiyənin müvəqqəti hökumətinin energetika naziri Əlirza Alaboy Ankarada keçirilən VIII Beynəlxalq Enerji Konfransında çıxışı zamanı bildirib.
Əlirza Alaboy Türkiyənin qonşu ölkələrdə qaz ehtiyatlarının tranziti baxımından böyük enerji terminalına çevrildiyini qeyd edərək bildirib ki, enerji siyasətləri xarici ölkələrin siyasəti ilə birbaşa əlaqədədir. Onun sözlərinə görə, qarşıdakı dövrdə İran əleyhinə Qərbin sanksiyalarının tam şəkildə ləğvi ilə İran qazının birləşdirilmiş sistemlə əldə olunması mümkün olacaqdır.
“Türkiyə İran qazını Avropaya nəql etmək məsələsinə müsbət yanaşır və paralel olaraq Anadolu boru kəməri ilə bu qazı Avropaya ixrac etmək olar”.
TANAP boru kəməri Azərbaycanın Şahdəniz yatağının qazını Türkiyəyə və Türkiyə yolu ilə Avropa bazarlarına nəql edəcək çəkilməkdə olan boru kəməridir.
İran Rusiyadan sonra Türkiyənin qazını təmin edən ikinci böyük ölkədir və ildə 10 milyard kubmetrə qədər qazı Türkiyəyə ixrac edir.
X. SƏFƏROĞLU