“Müxtəlif səbəblər üzündən Rusiyadan kənarda yaşayan həmvətənlərmiz qəti əmin olmalıdırlar: Biz həmişə, Liviya, Suriya, Yəməndə olduğu kimi ən böhranlı situasiyalarda belə onların maraqlarını müdafiə edəcəyik”.
Strateq.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada keçirilən xarici ölkələrdə yaşayan rusların beşinci ümumdünya Konqresində çıxışı zamanı deyib.
“Bizim qarşımızda duran prinsipial məsələ öz həmvətənlərimizi istənilən diskriminasiyadan müdafiə etmək və onların qanuni hüquq və azadlıqlarını təmin etməkdir”,- deyə Putin vurğulayıb.
Onun sözlərinə görə, bura ana dilinin öyrənilməsi, mədəni və dini ənənələrin saxlanması daxildir.
Rusiya prezidentinin sözlərinə görə, xarici ölkələrdə yaşayan gənc rusların Rusiya ali məktəblərinə daxil olması üçün əlverişli imkanların yaradılması mühümdür. 2015-ci ildə bu məqsədlə qəbul üçün kvota 15 min nəfərə qədər artırılıb.
Putin qeyd edib ki, MDB məkanında Rusiya ali məktəblərinin filiallarının möhkəmləndirilməsi prosesi davam edəcək.
X. SƏFƏROĞLU