XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

06 Noyabr 2015 - 00:23

Sabunçu polisi qarşısındakı aksiya dağıdıldı – Saxlanılanlar var

sabunçu-1.jpg

Noyabrın 5-də gecə saatlarında bir qrup dindarın Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımovun saxlanılamasına etiraz olaraq, Sabunçu rayon polis idarəsinin qarşısına toplaşması qəsəbədə gərginlik yaradıb.

Strateq.az xəbər verir ki, gecə saatlarında xeyli sayda insanın polisin inzibati binasının qarşısına toplaşması əraziyə əlavə polis qüvvələrinin, həmçinin Daxili Qoşunların əsgərlərinin cəlb edilməsinə səbəb olub.

Məlumata görə, Bakı Şəhər Baş Polis idarəsinin rəisi general-mayor Mirqafar Seyidov da hadisə yerinə gəlib.

Polisin dağılışmaq tələbi etirazlarla qarşılanıb və nəticədə polislə aksiyaçılar arasında qarşıdurma yaranıb, 20-yə yaxın şəxs saxlanılarq, polis idarəsinə aparılıb.

Hazırda ərazidə sakitçilyin bərpa olunduğu qeyd olunur.

Tərərfdarları bildiriblər ki, Elçin Qasımov noyabrın 8-də Milli Qəhrəman, şəhid Mübariz İbrahimovun məzarına doğru yürüş etmək çağırışına və hakimiyyət əleyhinə sərt şüarlar səsləndirdiyinə görə saxlanılıb. Ondan qabaq isə Müsəlman Birliyi Hərərkatının sədri Taleh Bağırzadə də Yasamal rayon polis iradəsinə çağrılaraq, orada ona sərt şəkildə xəbərdarlıq edilib.

sabuncu-2.jpg