XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

06 May 2017 - 18:46

Yaponiya hakimiyyəti Asiyaya40 milyon dollar ayırmağa hazırdır

Yaponiya hakimiyyəti Asiyada infrastrukturun inkişafı üçün 40 milyon dollar ayırmağa hazırdır.

Azərtac "vistanews.ru" saytına istinadla xəbər verir ki, bu plana görə, ilk növbədə yüksəktexnologiyalı obyektlər maliyyələşdiriləcək. Yaponiyanın maliyyə naziri Taro Aso bildirib ki, yaxın iki ildə Yaponiya Asiyada infrastrukturun inkişafına kömək etmək niyyətindədir.

Maliyyə Nazirliyinin rəsmisi vurğulayıb ki, Asiyaya maliyyə dəstəyi yaxın iki il ərzində həyata keçiriləcək və məbləğ 40 milyon dollar təşkil edəcək. Beləliklə, Asiya yüksəktexnologiyalı obyektlər tikməklə infrastrukturunu kifayət qədər genişləndirə biləcək.

Nazirlikdən bildiriblər ki, Asiya ərazisində ən müasir, yeni nəqliyyat sahəsi yaratmaq planlaşdırılır. Asiya Yaponiyanın maliyyə yardımı göstərəcəyi yeganə ölkə olmayacaq.