XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2015 - 16:24

AŞPA-dan Rusiyaya Qarabağ etirazı – ABŞ-ın ölkəmizdəki səfiri danışdı

“Rusiyanın Ermənistanı silahlandırması məsələsinə AŞPA-nın ötən gün Azərbaycanla bağlı qətnaməsinin müzakirəsi zamanı toxunulub. Parlametarilər Ermənistana silah satdığı üçün Rusiyanı qınayıb”. 

Bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Tallində fəaliyyət göstərən Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza AŞPA-nın Demokratiya və Siyasi Məsələlər Komitəsinin iclasında Azərbaycanla bağlı qəbul edilən qətnaməni şərh edərkən deyib.

Brayza deyib ki, qəbul edilən sənəddə AŞPA nümayəndələri silahlandırılma ilə bağlı etirazlarını bildirib və Ermənistanın aldığı silahlarla bağlı məlumat verməkdən imtina edib. 

Sabiq səfir Azərbaycanla bağlı qəbul edilən qətnamənin 7 il əvvəl ATƏT-in Minsk qrupunun təqdim etdiyi Madrid prinsipləri əsasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün müsbət təsir edəcəyini bildirib: 

“Bəyanatda beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ və ətraf yeddi rayonun azad edilməsi ilə bağlı çağırışı təkrarlanır. Helsinki Yekun Aktına görə istənilən münaqişə ərazi bütövlüyü, millətlərin öz müqəddəratını təyin etmə, silahdan istifadə etməmə prinsiplərinə uyğun həll edilməlidir”(ANS).

 Metyu Brayza

Xatırladaq ki, oktyabrın 5-də Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Ermənistan ordusunun Dağlıq Qarabağdan və Azərbaycanın digər işğal edilmiş ərazilərindən çıxarılmasına çağırıb.

Sənəddə Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin, həmçinin Azərbaycanın digər ərazisindən Naxçıvana çıxışın təmin olunması da daxil olmaqla, etimad tədbirləri ilə birlikdə təhlükəsizlik və daxili özünüidarəçiliyi təmin etmək məqsədilə Dağlıq Qarabağın müvəqqəti statusunu müəyyən etmək üçün Minsk Qrupunun plenar iclasının keçirilməsinə çağırılır.