XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 November 2015 - 17:40

“Eldar Mahmudov dövlətin naziri olub…” – Prezidentin köməkçisi haqqındakı ittihamlara cavab verdi

Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaxın əlaqələri və digər səbəblərdən vəzifəsini itirəcəyi haqda xəbərlərə reaksiya verlib.

Strateq.az xəbər verir ki, haqqında deyilənlərə prezidentin köməkçisi Əli Əsədov cavab verib.

O, Musavat.com-a sabiq nazir Eldar Mahmudovla yaxınlığı haqda belə deyib:  “Bircə onu deyə bilərəm ki, Eldar Mahmudov dövlətin naziri olub, uzun müddət milli təhlükəsizlik naziri postunu tutub. Artıq o, sabiq nazirdir”.

Həbs olunacağı barədə mətbuatda yazılanlara cavab olaraq isə Ə.Əsədov “mənim həbs olunacağım barədə deyilənlərin əsası yoxdu, cinayət etməmişəm ki, tutulam” cavabını verib.