Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbəri Eldar Mahmudovun maşın biznesinin rəhbəri Dəmir Abdullayevin MTN-də çalışan oğlu həbs edilib.
Strateq.az Axar.az-a istinadən xəbər verir ki, uzun müddət maşın alveri ilə məşğul olan Dəmir Abdullayev daha sonra Eldar Mahmudova məxsus “Kristal Motors” maşın satışı mərkəzinə rəhbərlik edib. Mərkəz Azərbaycanda ən bahalı maşınlar olan “Jaguar” və “Range Rover” avtomobillərinin satışını həyata keçirib. Hazırda həbs olunan Mehman Abdullayev isə Dəmir Abdullayevin oğludur.