XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

07 Noyabr 2015 - 07:20

ABŞ Putinə Türkiyədən mesaj göndərdi

qirici-teyyare-2.jpg

ABŞ ordusunun Almaniyanın Ştutqart şəhərində  yerləşən Avropa komandanlığı Türkiyənin hava sərhədlərinin qorunması üçün altı  F-15C tipli qırıcı təyyarənin İncirlik hərbi bazasına göndərilməsi ilə bağlı məlumat açıqlayıb.

Məlumatda qeyd  olunur ki, qırıcı təyyarələr İngiltərədəki 48 saylı Fighter Wing bazasından göndərilib. Onların əsas vəzifəsi Türkiyənin hava sərhədlərinin xaricdən müdaxilə olduğu təqdirdə qorunmasına yardım göstərməkdir:  ” Bu Türkiyənin təhlükəsizliyinin , bölgənin kollektiv müdafiəsinə dərin inamımızın nümayişidir . Müttəfiqimiz Türkiyə ilə Türkiyənin hava sərhədlərinin qorunması, İŞİD-in gücsüz hala gətirilib məhv edilməsi sahəsində sıx əməkdaşlığımız davam etdiriləcək”.

ABŞ ordusu Avropa komandanlığının bu addımı NATO-nun öz üzvlərinin Rusiyanın mümkün təhdidlərindən qorumağa hazır olması ilə bağlı açıq mesajı kimi qiymətləndirilir.

Xatırladaq ki, ötən ay iki rus  qırıcı təyyarəsinin Türkiyənin hava sərhəddini pozması Ankara və Brüsseldə əsrt etirazlara səbəb olmuşdu.

Bu həftə isə NATO Baş katibi Yan Stoltenberq Aralıq dənizinin şərq sahilində Rusiyanın hərbi iştirakının genişləndiyinin narahatlıq doğurduğunu açıqlamışdı. NATO-nun buna adekvat cavab verməsi üçün müzakirələrə ehtiyac olduğunu bildirmişdi.

Strateq.az