XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 November 2015 - 07:47

Ukraynada “gömrük inqlabı”

Ukrayna-gomruyu.jpg

Ukrayna hökuməti gələn həftə ölkənin gömrük sisteminin xarici şirkətlər tərəfindən idarə olunması və gömrük xidmətinin rəhbərinin də əcnəbi seçilməsi üçün müsabiqə elan edəcək. KİV-də bununla bağlı yayılan xəbərləri Ukrayna Dövlət Maliyyə Xidmətinin rəhbəri Roman Nəsirov təsdiqləyib.

Onun sözlərinə görə, Britaniya şirkətlərinin nümayəndləri ilə görüşlər olub, müxtəlif variantlar nəzərdən keçirilib. Onun verdiyi məlumata görə, iki Britaniya şirkəti – Crown Agents və Adam Smith International ölkənin gömrük sisteminin idarəolunması üçün müsabiqədə iştirak etməyə razıdır. Amma hələlik məlum deyil ki, müsabiqədə qalib gələn şirkət dövlət agenti kimi çıxış edəcək, yoxsa broker funksiyalarını yerinə yetirəcək. Hər iki şirkətin Ukrayna hökuməti ilə islahatların həyata keçirilməsində əməkdaşlıq təcrübəsi var.

Rəsmi Kiyev bu addımı korrupsiyaya qarşı mübarizə ilə izah edir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD)  Ukrayna ilə bağlı hesabatına görə, gömrük ödənişlərinin yalnız 50% büdəcəyə daxil olur.  Yerdə qalan hissə isə gömrükdən asan və problemsiz keçidi təmin edən və kölgədə qalan  qeyri-rəsmi vasitəçilərə ödənilir. Ukrayna gömrüyündə illik korrupsiya dövriyyəsinin 1.7 milyard dollar olması təxmin edilir.

ölkənin gömrük sistemində islahatlar aparılması Ukraynaya ikinci maliyyə yardımı tranşının ayrılması üçün Beynəlxaq Valyuta Fondunun əsas şərtlərindən biridir.

ölkənin bütün gömrük keçid məntəqləri birdən-birə xarici şirkətlərin idarə olunmasına verilməyəcək. Hökumət ekspertləri hesab edirlər ki, bu proses mərhələlərlə baş verməlidir.

Strateq.az