XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 November 2015 - 10:57

İŞİD ingilis təyyarəsinə də raket atıb: “Hər mülki təyyarə- bir canlı bomba” taktikası işə düşdü.

 

İki gün öncə İngiltərə Sina yarımadasına bütün uçuşlara qadağa qoymuşdu. Rəsmi London bunu rus təyyarəsinə terror aktıyla əlaqələndirmiş, eyni faciəylə üzləmək istəmədiyini bildirmişdi. Bu gün yayılan bir xəbər isə təhlükənin yalnız mülahizələrdən ibarət olmadığını ortaya qoyur.

Strateq.az xəbər verir ki, Şarm əl-Şeyx şəhərindən geri qayıdan bir ingilis təyyarəsi İŞİD hücumuna məruz qalıb. Təyyarəni raket zərbəsindən sadəcə pilotun sayıqlığı xilas edib. Verilən məlumata görə, təsadüfən üzərlərinə gələn raketi sezən pilot ani bir manevrlə təyyarəni xilas edə bilib. Təyyarədə 189 sərnişin var imiş.

“Daily Mail” qəzetinin xəbərinə görə, bu hadisə ayın 5-də baş verib. Maraqlıdır ki, İngiltərə də məhz həmin gün uçuşları dayandırmışdı. Londonda rəsmi səfərdə olan Misir prezidenti Sisinin məlumatı çaşqınlıqla qarşılaması bu qərarın əvvəlcədən gözlənilmədiyindən xəbər verir.

İŞİD-in son zamanlar tez-tez bu cür hücumlara əl atması onun öz mübarizəsində yeni taktikaya keçməsindən xəbər verir. Bu hücumlara şərti olaraq “hər mülki təyyarə-bir canlı bomba” taktikası da deyə bilərik.