Türkiyə Antalyanın turizm mərkəzi Belekdə noyabrın 15-16-da “Böyük iyirmilik” (G20) dövlətlərinin sammitinin keçirilməsi üçün hazırlıqların əsas hissəsini başa çatdırıb. Türkiyə KİV-nin məlumatına görə, G20 ölkələrinin dövlət və hökumət başçıları da daxil olmaqla sammitə 13 min nəfərin qatılacağı gözlənilir. Sammitin təhlükəsizliyinin təmin olunması üçün təkcə 12 min polis əməkdaşı cəlb olunacaq. Antiqlobalistlər və digər qrupların 30 min üzvünün etiraz aksiyaları keçirmək məqsədilə Antaliyaya gəlməsi də gözlənilir.
İlk dəfə Türkiyənin ev sahibliyi edəcəyi G20 sammitinin yüksək səviyyədə baş tutması və təhlükəsizlyin təmin olunması üçün Ankara xüsusi tədbirlər həyata keçirib. Müvafiq dövlət qurumları və samittin işinin təşkilinə cəlb olunmuş digər qrumların təmsilçilərindən ibarət Əlaqələndirmə Mərkəzi və Təhlükəsizlik Tədbirləri Əməliyyat Mərkəzi yaradılıb.
Bələk “qırmızı zona” elan edilib. Yəni Belek üzərindən hava uçuşları qadağan ediləcək, noyabrın 10-dan etibarən bölgəyə nəqliyyatın hərkəti qadağan ediləcək. Sammitin keçirildiyi zona isə xüsusi sədlərlə əhatəyə alınacaq. Bu zonaya yalnız xüsusi buraxılışla daxil olmağa icazə veriləcək.
Anataliya Beynəlxalq Hava Limanının xarici uçuşlar xətti noyabrın 10-17-si yalnız sammit iştirakçılarının ixtiyarına veriləcək.
Nümayəndə heyətləri sammitin keçiriləçəyi Belekə hava limanından 27 km yolu qət etməklə gedəcəklər. Əgər ABŞ prezidenti və Almaniya kansleri Angela Merkel, İngiltərə Baş naziri avtomobillərlə hərəkət erməyə üstünlük versələr bütün yol bağlanacaq.
Bunlarla yanaşı Belekdə 27 mehmanxana artıq bağlanıb.
Liderlərin toplantıları Regnum Carya Golf & SPA Resort mehmanxanasında baş tuacaq. Türkiyə prezidenti Receb Tayyib Ərdoğanın çıxışı sammitin ikinci günü, noyabrın 16-da yerli vaxtla saat 15.30-a planlaşdırılıb.
Dünyanın aparıcı 19 ölkəsi və Avropa Komissiyası ilə yanaşı G20 sammitinə 6 ölkə də dəvət edilib. Azərbaycan Prezidenti, Malayziya Baş naziri, Seneqal Prezidenti, Sinqapur Baş naziri, İspaniya Baş naziri, Zimbabve Prezidenti də sammitdə iştirak edəcəklər.
Azərbaycan G20 sammitinə ev sahibi kimi Türkiyənin xüsusi dəvəti ilə qatılacaq.
Strateq.az