XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

10 Noyabr 2015 - 05:25

Dünyada yeni iqtisadi böhran proqnozu – Qlobal ticarət də zəifləyir

oecd.png

 

Qlobal ticarətdə zəifləmə dünyanın aparıcı iqtisadiyyatlarında yeni durğunluğun anonsu ola bilər.

Bu bədbin proqnozla nüfuzlu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) çıxış edib.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının dünya iqtisadiyyatının inkişaf perspektivi ilə bağlı yeni hesabatı dərc olunub. Təşkilatın ekspertlər qrupu bu il qlobal ticarətin cəmi 2 faiz artacağını, növbəti ilə bu göstəricinin 3.6% olacağını proqnozlaşdırıb.

OECD-nin baş katibi Angel Qurria qeyd edib ki, son 50 il götürüldükdə,  bu müddət ərzində yalnız 5 ildə qlobal ticarət 2% və bundan az artıb. Hər dəfə bu dünya iqtisadi böhranı ilə üst-üstə düşüb. Onun sözlərinə görə, qlobal ticarət iqtisadi inkişafdan 2 dəfə çox artmalıdır. çünki  ticarət hər zaman lokomotiv rolunda çıxış edir. Bununla belə, OECD 2015-ci ildə dünya iqtisadiyyatının 2.5%, 2016-cı ildə isə 3.6% artacağını təxmin edir.

Təşkilatın ekspertləri hesab edirlər ki, bir il əvvəl ticarətin zəifləməsi inkişaf etmiş ölkələrdəki iqtisadi vəziyyətlə şərtlənirdi. İndi isə fərqli vəziyyət yaranıb və ticarətin zəifləməsi inkişaf etməkdə olan ölkələr, xüsusən çin iqtisadiyyatı ilə bağlıdır.  çin infrastruktur layihələrinə böyük investisiyalardan daxili istehlaka və xidmətlərə keçir, bu isə xammala olan tələbı azaldır və qiymətlər aşağı düşür. Xammala olan tələbin azalması, qiymətlərin aşağı düşməsi Avstraliya, Brazilya, Kanada və Rusiya kimi xammal ixrac edən ölkələrə çox böyük zərbə vurur.

Bazar ertəsi çin iqtisadiyyatı ilə bağlı açıqlanan məlumatlar, bu ölkədə iqtisadi inkişafın zəifləməsinin gerçək mənzərəsini görməyə imkan verir.  çinin idxalı oktyabr ayında 2014-cü ilin analoji dövrü ilə müqayisədə 18,8%, ixracı isə 6.9% aşağı düşüb.

OECD-nin Baş katibi  “Böyük iyirmilik” (G-20) ölkələrinin liderlərinin 15-16 noyabr  Antalya sammiti ilə bağlı da müraciət edib. O, hökumətləri proteksionizmdən imtina etməyə, “ağıllı investisiya”ları artırmağa, struktur islahatlar aparmağa, təhsilin,  əmək bazarı, vergilər siteminin yaxışılaşdırılması ilə bağlı  tədbirlər görməyə çağırıb.

OECD Avropadakı miqrant böhranına da toxunub. Təşkilatın Baş katibi bildirib ki, miqranatların qəbulu ilə bağlı kollektiv şəkildə qəbul olunan qərarlar gələcəkdə müsbət nəticələr verə bilər. Belə ki,  Avropa ölkələrində əhalinin sürətlə qocalmasını nəzərə almaq lazımdır.

Strateq.az