XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 November 2015 - 08:52

Rusiya təyyarəsini İŞİD-ə qoşulan ingilislər vurub – “The Telegraf”

 

teyare qeza.jpg

Misirin Sinay yarımadasında qəzaya uğrayan Rusiyanın A321 sərnişin təyyarəsini ingilis əsilli terrorçuların vurması haqda məlumat yayılıb.

Strateq.az bildirir ki, bu iddia ilə İngiltərənin “Teleqraf”  qəzeti çıxış edib.

Bildirilib ki, İŞİD-ə qoşulan ingilislər təyyarəni raketlə vuraraq partladıblar. Qəzet bu məlumatı İngiltərə kəşfiyyatının əldə etdiyini yazıb.

Qeyd edək ki, oktyabrın 31-də Misirin Şarm əl-Şeyx şəhərindən Rusiyanın Peterburq şəhərinə uçan A321 sərnişin təyyarəsi Sinay yarımadasında qəzaya uğramışdı. Nəticədə ekipaj heyəti ilə birlikdə 224 nəfər həlak olmuşdu.

Qəzanın dəqiq səbəbləri bəlli deyil.