XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

10 Noyabr 2015 - 09:03

Nazirlik kredit təşkilatları ilə əməkdaşlığı dayandırıb: 17 min sahibkar çətin durumda

 

kredit ittifaq.jpg

Azərbaycanın kredit ittifaqları üzləşdikləri maliyyə problemlərini həll etmək üçün ölkə rəhbərliyinə müraciət etmək niyyətindədir.

Strateq.az bildirir ki, bu barədə öz açıqlamasında Azərbaycan Kredit İttifaqları Assosiasiyasının (AKİA) İdarə Heyətinin sədri Ayaz Quliyev bildirib.

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin “İcraçı Kredit Agentliyi” – bank olmayan kredit təşkilatı (BOKT) ilə əməkdaşlığı dayandırması kredit ittifaqlarını çətin vəziyyətə salıb. Hazırda 46 ittifaqı həmin BOKT-un vasitəçiliyi ilə maliyyələşir.

Onun sözlərinə görə, bu məsələ noyabrın 17-də, 46 kredit ittifaqının əməkdaşlıq etdiyi “İcraçı Kredit Agentliyi”nin Təsis Yığıncağında müzakirə ediləcək: “Həmin yığıncağ çərçivəsində maliyyə problemlərimizin həllinə kömək məqsədi ilə Prezident İlham Əliyevə müraciət hazırlayacağıq. 17-18 min sahibkarın adından dövlət başçısına müraciət edəcəyik”. (fins.az)