XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

10 Noyabr 2015 - 16:19

SSRİ Nazirlər Sovetinin sədri: “Heydər Əliyevə Moskvada yaşamağa mənzil vermirdilər”

 

rsjkov aliev.jpg

 

SSRİ Nazirlər Sovetinin sabiq sədri Nikolay Rıjkov “Baku-Moskva” jurnalına  verdiyi müsahibəsində mərhum prezident Heydər Əliyevlə bağlı xatirələrini danışıb.

N.Rıjkovun sözlərinə görə, mərhum H. Əliyev SSRI Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsində çalışdığı son günlərində onun yeni mənzillə  təmin olunması  bilərəkdən gecikdirilbimş.  Məhz Rıjkov bu məsələdə H. Əliyevə kömək edib.

Heydər Əliyevin vəzifədən çıxarılmasına artıq günlər qalırdı. O özü hər şeyi başa düşürdü, lakin işləməkdə davam edirdi. Mən görürdüm ki, ona qarşı necə ciddi təzyiqlər var. Nazirlər Sovetinin işlər idarəsinin rəisi Smirtyukova zəng vurdum. Soruşdum ki, “bu necə olur? Axı mən Əliyevin mənzillə təmin olunması barədə sərəncam vermişəm”. O isə “Nikolay İvanoviç, hazırda yaxşı mənzillərimiz yoxdur” deyə cavab verdi. Mən dedim ki, “yaxşı, o zaman Mərkəzi Komitə üçün olan evlərdən verin”.  

brejnev aliev.jpg

Rıjkovun sözlərinə görə, bu məsələ ilə bağlı Mərkəzi Komitədə də qəribə yubanma baş verib. Əvvəlcə mənzili vermək istəsələr də sonradan bu fikirdən daşınıblar.

“Smirtyukov mənə dedi ki, Mərkəzi Komitə mənzil ayırmaq istəmir. Mən elə ordaca Mərkəzi Komitənin işlər idarəsinin müdiri Kruçinaya zəng vurdum. Onunla çox yaxşı münasibətlərim vardı. Dedim: “Qulaq as, Nikolay Yefimoviç. Bu nə deməkdir? Biz Heydər Əliyevə mənzil vermək barədə sərəncam vermişik. Sən də bunu vəd etmisən”. Kruçina cavabında ” Hə, vəd eləmişəm. Amma…” deyib söhbəti fırlatmaq istədi. Mənə dedi ki “müəyyən şübhələr var”. Mən ona dedim: “Qulaq as. Biz bir –birimiz yaxşı tanıyırıq. Belə eləmə! Hamı gözləyir ki, Əliyev getsin və ona heç nə verilməsin? Axı bu mənzil onun haqqıdır. Sənə qəti deyirəm: Əgər bu mənzili verməsən, səninlə qurtardıq. Onun dalınca daş atanlar azdır bəyəm? Biz də belələrindən olmalıyıq? Biz də nə vaxtsa gedəcəyik. Bu daşları bizim də arxamızca atacaqlar”. Kruçina mənə ” başa düşdüm. Məsələ həll olunacaq” dedi. 2 gündən sonra mənzilin sənədləri hazır oldu”.

Jurnalistin ” Hə vaxt hiss etdiniz ki, Qorbaçov Əliyevdən üzülüşmək istəyir? Siz bunu bildikdə məsələyə qarışmaq istədiniz?” sualına cavabı maraqlı olub.

“Mən Qorbaçova dəfələrlə demişdim ki, Əliyev yaxşı işləyir. Onun vəzifədən getməsi vacibdirmi?  Qorbaçov həmişəki kimi cavab verirdi: Yeni insanlar lazımdı. Yəni o artıq bu qərarı qəbul eləmişdi”.

riskov qorbi.jpg

 

Daha sonra Rıjkov infarkt nəticəsində xəstəxanada yatan Heydər Əliyevi ziyarət etməsindən danışıb.  

Onun sözlərinə görə, Qorbaçov Heydər Əliyevə qarşı münasibətini dərhal biruzə verməyib.

“Amma tezliklə bu aydın görünməyə başladı. Addım-addım o Heydər Əliyevə qarşı mənfi yanaşmağa başladı. Mən sonradan bunu analiz etdikdə başa düşdüm ki, Qorbaçov Brejnevin adamlarını ali rəhbərlikdən “təmizləməyi” qarşısına məqsəd qoyubmuş. Heydər Əliyev Brejnevin adamı idi. Qorbaçovun Şerbitski və Kunayevə qarşı münasibəti də bununula bağlı idi”.

N.Rıjkovun sözlərinə görə, Heydər Əliyev Azərbaycanın prezidenti olduqdan sonra Moskvaya səfəri zamanı onunla bir neçə dəfə görüşüb. “Moskvaya gələrkən mənə zəng vuraraq dəvət edərdi. Oturub çay içərdik, söhbət edərdik. Dostcasına..”

O, vurğulayıb ki, bu söhbətlər zamanı Qorbaçovdan heç vaxt danışmayıblar. “Bilirsinizmi, biz müxtəlif vaxtlarda Qorbaçovu sınadıq. Ona görə, bu adama vaxt sərf etməyə dəyməzdi. Biz həyatdan danışrdıq” .

Hazırladı

X. SƏFƏROĞLU

Strateq.az 

riskov qoca.jpg