ABŞ prezidenti Barak Obama Amerikanın populyar LGTB jurnalı-Out-un üz qabığında şəkli dərc olunan ilk dövlət başçısı kimi də tarixə düşəcək. Jurnal onu “İlin müttəfqi” adlandırıb və seksual azlıqların hüquqlarının müdafiəsində irəliləyişlər əldə edən ictimai xadim kimi dəyərləndirib. Redaksiya Obamanın vətəndaşların hüquqbərabərliyi prinsipinə sadiqliyini xüsusi vurğulayıb.
Jurnalın kollektivini ABŞ prezidentinin ölkənin Ali Məhkəməsinin bircinsli nikahların qanuni sayılması ilə bağlı qərarına reaksiyası vəcdə gətirib. O zaman Obama qeyd etmişdi ki, bu tarixi qərardır və Amerikanın böyük qələbəsidir.
Strateq.az