Dünən dünya birjalarında neft qiymətləri son iki ay ayırm ərzində minuma düşüb. Nyu-Yorkun NYMEX birjasında sövdələşmələrin yekununda yüngül Sweet markalı neftin 1 barrelinin qiyməti 1.28 dollar, yəni 2.9% aşağı düşüb və 42.93 dollar olub. Bu 27 avqustdan bəri birja bağlanandan sonra qeydə alınan ən aşağı göstəricidir.
ICE Futures Europe birjasında isə Brent markalı neftin 1 barrelinin qiyməti 1.63 dollar (3.4%) aşağı düşüb və 26 avqustdan bəri ən aşğı qiymətə (45.81$) satılıb.
Buna səbəb ABŞ-da neft ehtiyatlarının ötən altı həftə ərzində artmasıdır. Neft emalı müəssisələri mövsümlə əlaqədar həyata keçirilən texniki təmir işləri ilə bağlı istehsal gücünü aşağı salıblar və daha az xam neft alıblar.
İki gün əvvəl ABŞ Neft İnstitutu ölkənin kommersiya neft ehtiyatlarının 31 oktybar- 6 noyabr ərzində 6.3 milyon barrel artdığını açıqlayıb. Wall Street Journal-ın rəyini soruşduğu ekspertlərin fikirincə isə bu ehtiyatlar 1.1 milyon barrel artıb. Rəsmi rəqəmlər isə bu gün açıqlanacaq.
Neftin qiymətlərinin aşağı düşməsinin əsas səbəblərindən biri də çində sənaye istehsalının artmasının zəifləməsidir. Oktyabrda bu göstərici 5.6%, sentyabrda isə 5.7% olub.
Strateq.az