XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 November 2015 - 05:08

Moskvada “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi müzakirə olunacaq

Shimal-Cenub dehlizi-1.jpg

Bu gün Moskvada Ticarət və İqtisadi Əməkdaşlıq üzrə İran-Rusiya daimi Komissiyasının toplantısı keçiriləcək. ölkələr arasında əməkdaşlığın genişləndirilməsi və ticarət dövriyyəsinin artırılmasının praktik yolları müzakirə olunacaq. İran nümayəndə heyətinə rabitə və informasiya texnologiyalrı naziri Mahmud Vaezi rəhbərlik edəcək.

3 gün davam edəcək toplantıda energetika, neft və qaz, elektrik stansiyalarının tikintisi, ticarət, elm və texnika, mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunacaq. ölkələr arasında bu sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə “Yol xəritəsi” hazırlanacaq.

Rusiya ekspertləri qeyd edirlər ki,  İran Rusiyaya kənd təsərrüfatı malları, ərzaq ixrac etməyə maraq göstərir. Rusiya isə öz növbəsində İrana sənaye malları, yuk avtomobilləri, avadanlıqlar, buğda  ixrac etmək niyyətindədir. Eyni zamanda ruslar İranda bir neçə elektrik stansiyalarının  tikintisini həyata keçirmək, yol infrastrukturunun yenidən qurulmasında, neft yataqlarının işlənməsində maraqlıdırlar.

Bu yaxınlarda Rusiyanın İrana 5 milyard dollar kredit ayıracağı açıqlanıb. Moskvada ümid edirlər ki, bu kreditlərin yönəldiləcəyi infrastruktur layihələrində rus şirkətləri də fəal iştirak edəcək.

Rusiya və İranın ortaq bank yaratması da əsas vəzifələrdən biri kimi qeyd olunur.

Tərəflər ümid edirlər ki, bu tədbirlər nəticəsində ölkələr arasında mal dövriyyəsi 2 milyard dollardan 10 milyard dollara çatacaq.

Gözləmək olar ki,  Ticarət və İqtisadi Əməkdaşlıq üzrə İran-Rusiya daimi Komissiyasının toplantısında  Azərbaycanın da marağında olan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tikintisinin sürətləndirilməsi məsələləri də müzakirə olunacaq.

Qeyd edək ki,  Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasına da İran tərəfdən Mahmud Vaezin rəhbərlik edir.

Xatırladaq ki, yaxın vaxtlarda “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan və İran hissələrinin layihə – tikinti işlərinə başlanılacaq. Bu barədə Azərbaycan və İran nümayəndə heyətlərinin Azərbaycan və İranın Astara şəhərlərində keçirilmiş görüşləri zamanı razılıq əldə edilib. Bu il 9-10 oktyabrda  Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri – iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İranın rabitə və yüksək texnologiyalar naziri Mahmud Vaezinin iştirakı ilə keçirilmiş görüşdə bu məsələlərlə bağlı razılıq əldə olunub.

ümumilikdə, Azərbaycan tərəfindən dəmir yolunun Azərbaycana aid 8,3 km-lik hissəsinin, İran tərəfdən isə bu ölkəyə aid 2 km-ə yaxın hissəsinin tikintisi nəzərdə tutulur. Hazırda Azərbaycan və İran arasında yükdaşımaları avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilir və bu daşımaların həcmi 600 min tona yaxındır. Azərbaycan və İran dəmir yolu xətləri birləşdirildikdən sonra yükdaşımaların həcminin dəfələrlə artması, birinci mərhələdə 5 mln. tona, ikinci mərhələdə isə 10 mln. tona çatdırılması gözlənilir. Bütünlükdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan və İran hissələrinin tikintisi böyük siyasi və iqtisadi əhəmiyyət daşımaqla yanaşı, ölkələrimizin tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcəkdir.

Hazırda İran tərəfi çin vә Rusiya ilә Rәşt-Astara dәmiryol xәttinin tikintisini reallaşdırmaq üçün maliyyә resurslarının ayrılması barәdә danışıqlar aparılır.

Rəşt-Astara  dәmiryol xәttinin uzunluğu 170 km olacaq. Nәticәdә Fars körfәzi ilә Rusiya arasında dәmir yolu xәtti birlәşәcәk vә yüklәr daşınacaq. Rəşt-Astara dəmiryolu xətti hazır olanadək yüklər Rəştədək dəmiryolu xətti ilə, oradan isə avtomobillərlə Astarayadək daşınaraq yenidən qatarlara yüklənəcək.

Zaur İbrahimli

Strateq.az