XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

12 Noyabr 2015 - 05:25

Azərbaycanda ərzaq, içkilər və tütün məmulatlarının satışı artıb

meyve bazar.jpg

2015-ci ilin yanvar-oktyabr aylarında istehlakçılara 20,4 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,2 faiz çox məhsul satılıb.

Strateq.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın həcmi 10,0 faiz artaraq 10168,3 milyon manata, qeyri-ərzaq məhsulları üzrə isə 13,4 faiz artaraq 10224,8 milyon manata bərabər olub.

 
Cari ilin on ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 1,9 dəfə artaraq 10,5 milyon manat təşkil etmişdir. Elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 91,9 faizi hüquqi şəxslərdən, 8,1 faizi isə fərdi sahibkarlardan alınıb. Elektron ticarət dövriyyəsinin 96,3 faizi qeyri-ərzaq məhsullarının payına düşub. 


2015-ci ilin yanvar-oktyabr aylarında iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,1 faiz artaraq 841,6 milyon manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 366,7 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar üzrə isə 474,9 milyon manat təşkil edib. 

Strateq.az