Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən çıxarıldı. Bu haqda bu gün Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Xatırladaq ki, hələ bir müddət əvvəl Ə.Abbasovun “MTN işi”nə görə Baş Prokurorluqda dindirilməsi barədə xəbər yayılmışdı.
Bundan əvvəl isə MTN işi ilə əlaqədar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov həbs olunmuşdu. Eyni zamanda Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumu Beytulla Hüseynov da hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Sonuncu dəfə Ə.Abbasov ictimaiyyət qarşısında noyabrın 9-da AMEA-nın 70 illik yubiley mərasimində “Azərbaycan elmi və yüksək texnologiyaların inkişafı” mövzusunda çıxış etmişdi.
Nazirlikdəki həbslərlə bağlı jurnalistlərə açıqlama verən Ə.Abbasov bir neçə əməkdaşın saxlanıldığını bildirmişdi.
Strateq.az