“Dünyada ideal seçki keçirmək mümkün deyil. çünki seçkidə milyonlarla insan iştirak edir”.
“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) Məzahir Pənahov deyib.
“Əgər kimsə deyirsə ki, pozuntuya görə hansısa seçki dairəsinin nəticələri ləğv olunmalıdır, bu, qərəzli yanaşmadır. Seçki prosesində xırda pozuntular baş verə bilər. Amma bu, o demək deyil ki, nəticələr ləğv olunmalıdır. MSK hər bir şikayəti araşdırır, müxtəlif mövqeləri nəzərə alır”, – MSK sədri vurğulayıb.