Rusiya Dövlət Dumasının kommunist partiyasından olan deputatları Türkiyəyə turist şirkətləri tərəfindən təşkil edilən təyyarə uçuşlarının qadağan olunması barədə prezident Putinə müraciət edib.
Strateq.az bildirir ki, deputatlar ötən həftə Putinin imzaladığı Misirə uçuşların qadağan olunması barədə fərmanının Türkiyə və Tunisə də şamil olunmasını istəyiblər.
Deputatların fikrincə, bu ölkələrdə də İŞİD təhlükəsi realdır.
Məktubda qeyd olunur ki, Misirdə təyyarənin terror nətcəsində qəzaya uğraması barədə ehtimalları Böyük Britaniyanın XİN rəhbəri Filip Xammond, İsrailin müdafiə naziri Moşe Yalon, Rusiyanın baş naziri Dimitri Medvdeyev bildiriblər.
“Bununla əlaqədar təhlükəli aviamarşrutların sonrakı analizi Türkiyəyə və Tunisə uçuşların qadağan olunmasının vacibliyini göstərir. Bu ölkələr İŞİD-in təsir zonasına daxildir“,-deyə müraciətdə vurğulanır.
X. SƏFƏROĞLU