Populyar “The Ekonomist” jurnalı bu günkü sayında dərc etdirdiyi “böhranlı situasiyalar üzrə usta” məqaləsində müdafiə naziri Sergey Şoyqunun varis olaraq prezident Putini əvəz edə biləcəyi təhlil olunub.
Jurnal yazır ki, bunun səbəbləri kifayət qədərdir: Qalmaqallar girdabına düşən Putin Rusiyası KİV-lərin maneştlərindən düşmür.
ötən həftə ölkə rus yüngül atletləri ilə bağlı dopinq qalmaqalı ilə üzləşib. Dünya Yüngül Atletika Federasiyası Rusiyanı təşkilatdan çıxara biləcəyini deyib. Bu baş versə rus idmançıları Rio-de –Janyerodakı Olimpiadaya getməyə bilər.
Bu narahatlıq həm də FİFA-da davam edən korrupsiya qalmaqalı fonunda baş verir. Burada da Rusiya heç də ürək açmayan vəziyyətlə mərkəzi yerdə durur. Söhbət 2018-ci il futbol üzrə dünya çempionatını keçirmək hüququnu almaq üçün verilən rüşvətdən gedir. Bu futbol çempionatı qadağan olunacaqmı?Əgər belə şey baş versə bu rus ruhuna vurulan böyük zərbə olacaq.
Bütün bunlara Misirdə qəzaya uğramış təyyarəni də əlavə etmək lazım gəlir. 224 türistin həlak olduğu bu qəzanın məsuliyyətini İŞİD öz üzərinə götürüb.
Avtoritar sistemlə idarə olunan ölkədə bütün situaslyalara və vətəndaşın həyatının hər bir aspektinə görə bir nəfər cavabdehdir: Lider. Qeyri-məhdud hakimiyyətin qiyməti belədir. Əgər bu rəhbərin siyasəti sabitlik, rifah və təhükləsizlik gətirirsə o zaman reytinq yüz faizdən yuxarı olur. Ancaq vəziyyət pisləşdiyi zaman lider sayıq olmalıdır. Əgər o, insanlara oyun bəxş edə bilmirsə, heç olmasa çörəklə təmin etməyi bacarmalıdır.
Rusiya prezidenti Putin elan edib ki, ölkəsinin iqtisadiyyatı sabitlik əldə edib və bundan sonra yaxşı olmalıdır. Bu qənaəti analiz etməyə dəyər.
Həqiqətən, oktyabr ayında Rusiyanın üDM 2010-cu ildən bu yana ilk dəfə olaraq 0,3 faiz artıb. Birjalarda ticarət də uğurlu olub. Bu ticarətin həcmi 30 trilyon rubl ( 465 milyon dollar) təşkil edib. Amma bundan başqa daha heç nə yoxdur.
ötən il Rusiyadan kapital axını 150 milyarda çatıb. 2015-ci ilin 9 ayı ərzində isə, 45 milyard dollar pul ölkədən çıxarılıb. Mərkəzi Bankın hesablamalarına görə, ilin sonuna qədər bu rəqəm 70 milyarda çatacaq.
Urals neftinin qiyməti 43 dollar ətrafında fırlanır. Rus rublu isə ucuzlaşmaqda davam edir: Dünən rubl bir dollara görə 65 rubl olub. Hələ ki, kara gələn valyuta ehtiyatları isə gələn ilin birinci yarısında qurtaracaq. Bu pulun əas hissəsini bank sistemi “həzm-rabedən” keçirib.
Rusiya indi ülgüc üzərində gəzir. Gəlirlər daha da azalmağa başlayacaq. Bunun üçün neft və qazın qiymətinin davam edən enişi və valyuta bazarında çalxalanma kifayət edəcək.
Valyuta bazarının çalxalanması isə qaçılmazıdr. Əgər Amerika Federal rezerv sistemi dekabr ayında qısamüddətli faiz stavkalarını qaldırsa, Avropa Mərkəzi Bankı daha çox avro çap etməyə başlasa valyuta bazarında silkələnmə real olacaq.
Səudiyyə Ərəbistanı da əvəvlər monopoliya altında olan Baltik dənizindəki neft bazarına çıxıb. Ərəblərin iki tankeri Polşa və İsveçin limanlarına gəlib.
Bunların fonunda Avropa Komissiyası “Şimal axını-2” qaz kəmərinin tikintisi haqqında mübahisə açıb. Əlbəttə, Ukraynada, Belorusda, Moldovada, Ermənistanda, Gürcüstanda və Orta Asiya ölkələrində situasiya analiz tələb edir. Bu ölkələrdən bir çoxu Avropa İttifaqı ilə yaxınlaşmada qərarlı idi.
Rusiya inadkar və tərs olaraq qalacaqmı? Avropa Birliyi ilə münasibətlərini yaxşılaşdıraraq nəhayət ki, Polşa prezidentinin Smolenskdə qəzaya uğramış təyyarəsinin qalıqlarını qaytacaqmı? Polyak mallarına tətbiq etdiyi sanksiyaları ləğv edəcəkmi? Qazın qiymətini daha real qiymətə satacaqmı?
Hazırladı
Xaqani SƏFƏROĞLU
Strateq.az