XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 November 2015 - 12:51

“Qorxulu Tehran”da SSRİ kabusu: Kimi seçməli – Rusiyanı, yoxsa “Böyük Şeytanı”? – TƏHLİL

 

iran islahat.jpg

 

ABŞ-ın “Foreign Affairs” jurnalı İran və Rusiya münasibətləri ilə bağlı maraqlı təhlil hazırlayıb. Təhlildə Suriya böhranı ilə bağlı iki ölkənin münasibətləri, İrandakı islahatçılar və mühafizəkarların xarici siyasətlə bağlı baxışları əks olunub.

Strateq.az həmin yazını oxucularına təqdim edir:

 

Elə həftə yoxdur ki, İran və Rusiya suda, quruda, kosmosda hansısa yeni birgə təşəbbüslə çıxış etməsin. ötən həftə Moskvada səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi iki dövlət arasında “münasibətlərin bütün aspektləri üzrə yeni mərhələnin başlanacağını” vəd edib. 

Bazar ertəsi isə Rusiya bəyan elədi ki, İrana S-300 raket-zenit kompleksinin verilməsi barədə müqavilə qüvvəyə minir. Bütün bu görünməmiş əməkdaşlıq İranın Qərblə nüvə sazişini imzalamasından və Suriya problemi ilə bağlı əməkdaşlıqdan sonra başlanıb. Bu əməkdaşlığın zərbə qüvvəsini isə İranın daxili siyasətində praqmatiklərlə mühafizəkarlar arasında gedən rəqabət təşkil edir. 

İranın praqmatik siyasi elitası artıq çoxdandır ki, ölkənin “çin yolu” ilə getməsinin vacibliyini deyir. Onların fikrincə, ölkənin inkişaf modeli “çin modeli”nə əsaslanmalıdır. Bura iqtisadiyyatın tədricən liberallaşdırılması, xaricə diplomatik açılım və eyni zamanda siyasi müstəvidə məhdudiyətlərin saxlanması daxildir.   

“çin modeli” özünün ilk addımlarını Rəfsəncaninin prezidentliyi dövründə atıb. O, 1990-cı ildə iqtisadiyyatda məhdud bazar islahatlarının aparılmasının təşəbbüskarı olmaqla eyni zamanda ABŞ-la gərginliyin azaldılmasına çalışırdı. Bu siyasi xətt Qərblə nüvə danışıqlarının başlanmasına səbəb oldu və sonda Həsən Ruhaninin zamanında müqavilə imzalanması ilə nəticələndi.

xamneyi01.jpg

Amma İranın sərt mühafizəkarları “çin modeli”ni cəlbedici hesab etmirlər. Ali dini lider Xamneyi, SEPAH və ölkənin təhlükəsizlik orqanları qorxurlar ki, iqtisadiyyatın liberallaşdırlması onların geniş maliyyə və siyasi maraqlarına zərbə vuracaq. Bundan başqa onlar hesab edirlər ki, istənilən siyasi liberallaşma və ABŞ-la yaxınlaşma SSRİ-ni çökdürmüş Mixali Qorbaçovun yenidənqurması kimi İrandakı rejimi də dağıdacaq.   

Amma eyni zamanda indi İran mühafizəkarları başqa modelə üstünlük verməyə başlayıblar. Onlar Rusiya prezidenti Putinin apardığı siyasi kursu daha məqbul model hesab edirlər. Bu “modelin” əsasında dövlət təhlükəsizlik sisteminin və iqtisadiyyatın möhkəmləndirilməsi durur.

Onların qənaətincə, bu model ABŞ-ın vasitəçiliyi ilə aparılan siyasi üsul-idarənin dəyişdirilməsi təhlükəsini aradan qaldırır.

Putin modeli”nə əsasən, iqtidar məhdud “özəlləşdirmə” və “liberallaşdırma” aparır və bundan ən çox hakimiyyətə sadiq insanlar xeyir görürlər. Eyni zamanda rejim sərt antiamerika mövqeyində qalır.

Nüvə sazişinin imzalanmasından sonra İranın dini lideri Xamneyi ölkədə amerikan nufuzunun güclənməsinə xdmət edə biləcək istənilən işarənin əleyhinə olduğunu bəyan edib. Təsadüfi deyil ki, ötən həftə Tehranda KFC brendi ilə açılmış yeni restoran təcili bağlandı.   

Praqmatiklər və mühafizəkarlar arasında davam edən mübarizə göstərir ki, sonuncular öz mövqelərini möhkəmləndirməyə cəhd edirlər. Nüvə sazişinə və xariclə yaxınlaşma xəttinə xalq kütlələrinin verdiyi geniş dəstək mühafizəkarlarda narahatlıq doğurur.  Nüvə sazişi öz bəhrəsini verməyə başladığı bir zamanda sərt xətt tərəfdarları yaxşı düşünülmüş və zamanında hazırlanmış tədbirlərin köməyi ilə onun nəticələrinin almaq istəyirlər.  

Görünür, Xamneyi sazişin detalları barədə açıq debatları qəfildən dəstəkləməklə digər “qırğı”ların özünü göstərə bilməsi üçün imkan yaratmaq istəyib.  Bu yaxınlarda o, bu sazişlə bağlı bir neçə absurd bəyanat verib. Xamneyi bildirib ki, ABŞ prezidenti sanksiyaların götürüləcəyinə dair yazılı vəd verməlidir. O qeyd edib ki, İran dərəcəsindən asılı olmayaraq, ölkəyə qarşı tətbiq ediləcək istənilən sanksiyanı sazişin pozulması hesab edəcək.  

Belə görünür, Xamneyinin bu mövqe ilə imzalanmış yazılı müqaviləni zəiflətmək, zaman keçdikdən sonra bunu “uğursuzluq” kimi bəyan etmək niyyəti var. Dini lider çalışır ki, ölkənin inkişafına səbəb olacaq  maliyyə və iqtisadi sanksiyalar ləğv edilsin, eyni zamanda xalqın və prezidentə dəstək verən elitanı zəiflətmək üçün bu sazişi “faciə” adlandırmaq imkanı da olsun.  

putin ruhani.jpg

Xamneyi həmçnin Bəşər Əsədin öz postundan getməsi ilə SEPAH-ın zəifləməsindən qorxur. çünki belə olacağı təqdirdə bu, ancaq islahatçıların mövqeyini gücləndirəcək. Buna görə o, kömək üçün Rusiyaya müraciət edib.

Məlumatlara görə, “Əl-Qüds” xüsusi təyinatlı dəstənin komandanı Qasım Süleymani iyul ayında Moskvaya gələrək yeni hərbi əməliyyatın keçirilməsi üçün Putinlə görüşüb. İran Suriyada öz ideoloji gücünü tətbiq etməyə, fəal kəşfiyyat aparmağa və öz əsgərlərini göndərməyə razı olub. İran praqmatikləri də Suriyanı mühüm müttəfiq sayırlar, amma onlar Əsədə daha az bağlılıq duyurlar.

Hazırda Suriyada qüvvələr balansı Əsədin tərəfində olduğu kimi, İranda da Xamneyi tərəfindədir.

Əlbəttə, Putin buna qədər İranla əməkdaşlıq edib. 2013-cü ildə Rusiya Əsədlə Suriyanın kimyəvi arsenalının ləğv edilməsi barədə saziş bağlamağa nail oldu. Bu müstəsna addım ABŞ-a Dəməşqə qarşı müharibəyə başlamağa mane oldu və Suriya məsələsində güzəştə çağıran İran praqmatiklərinin ağzını bağladı. Belə uğurlu əməkdaşlıq Suriya ilə bağlı bugünkü rus-İran əlaqələrinin əsasını  qoydu. Nüvə sazişi imzalanan kimi, Xamneyi və Putin Əsədə dəstəyini gücləndirdilər.

Xamneyi üçün Putin bu gün heç vaxt olmadığı kimi etbarlı tərəfdaşdır. Putin də onun kimi ABŞ-ın “rəngli inqilabları” qarşısında qorxu keçirir. Ola bilsin, bu iki lider Suriyanın strateji dəyərinə müxtəlif cür baxırlar. Amma hər iki lider başa düşür ki, bu antiamerika xarici siyasəti və özlərinin ölkə daxilində qurtulması üçün necə də mühümdür.    

Rusiyada Putinin antiamerika siyasəti onun samballı reytinqini və populyarlığını təmin edib. Suriya avantürası ilə bu daha da böyüyüb. Ondan fərqli olaraq Xamneyi əhalidən çox çətinliklə dəstək alır. 2013-cü ildə xalqın böyük əksəriyyəti ABŞ-la qarşıdurmaya deyil, əməkdaşlığa çağıra
n Ruhaniyə səs verdi.  

xomeyni foto.jpg

Gələn ilin fevralında İranda Məclisə və Ekspertlər Şurasına seçkilər keçiriləcək. Əgər bu vaxta qədər Xamneyi nəsə edə bilməsə onun və SEPAH-ın mövqeləri daha da zəifləyəcək.

Rusiya ilə əməkdaşlığın genişlənməsi SEPAH-ın regional nufuzunu möhkəmləndirə bilər. Bu isə bu qurumun daxildə təsirinin artmasına gətirəcək. Amma başqa tərəfdən Moskva ilə əlaqələr əks nəticə də verə bilər. Belə görünür, bu gün İranda ABŞ-ın “böyük şeytan” olmasına o qədər də inanmırlar. Bu seçicilər isə nüvə sazişindəki uğuruna görə, Ruhanini mükafatlandıra bilərlər.  

Bundan əlavə Tehran və Moskva bəzi məsələlədə mövqeləri fərqlənir. Məsələn, Suriyaya müdaxilənin həddi ilə bağlı mövqelər müxtəlifdir. Bununla bağlı iki ölkə arasında çoxdandır qarşılıqlı inamasızlıq var. İranın həm islahatçıları, həm də mühafizəkarları hesab edir ki, Rusiya uzun müddətdir ki, bu məsələdə Tehrandan istifadə edərək ABŞ-la münasibətini düzəldir. Digər bir detal: Moskva İranla əməkdaşlığını məhdudlaşdıra bilər. Belə bir təcrübə də var: Buşəhr AES-də buraxılış sistemini işə salmaqdan, yaxud  S-300 raketlərini verməkdən imtina etdiyi kimi…   Bununla eyni zamnda Moskva ABŞ-la saziş imzalamışdı.

Belə xəyanət faktları İrandakı islahatçıların mövqeyini gücləndirir. Praqmatik elita  “kiçik şeytan”la deyil, elə birbaşa “Böyük şeytan”la danışıqlar aparılmasını daha məqbul hesab edir.

Hazırladı:

Xaqani SƏFƏROĞLU 

Strateq.az