Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev vəzifəsindən azad olunub.
Bu barədə məlumatı APA yayıb.
Qeyd edək ki, bir müddət əvvəl milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edilib. Milli təhlükəsizlik nazirinin birinici müavini vəzifəsinə təyin edilən general-leytenant Mədət Quliyev isə hazırda nazir vəzifəsini icra edir.
Xatırladaq ki, general-mayor Elçin Əliyev əslən Naxçıvan MR-in Culfa rayonundandır, nazir müavini təyin edilənədək MTN-in Səbail rayon idarəsinə rəhbərlik edib.
O, Milli Təhlükəsizlik nazirinin müavini Əli Nağıyev vəzifəsindən uzaqlaşdırıldıqdan sonra – 2012-ci ilin aprelində onun yerinə təyin edilmişdi.
Strateq.az