XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

13 Noyabr 2015 - 22:47

İŞİD Parisi qan gölünə çevirdi – Ardıcıl partlayışlar, 150-dən çox ölü… (YENİLƏNİR)

Terror olaylarında həyatını itirənlərlə bağlı Fransada 3 günlük matəm elan olunub.

***

Strateq.az CNN-ə istinadən bildirir ki, son məlumata görə, Parisdə törədilən terror aktları nəticəsində 153 nəfər ölüb, azı 200 nəfər yaralanıb. ölənlərin 112 nəfəri “Bataklan” teatrının konsert zalında olub.

***

Fransa prezidenti Fransua Olland hadisə yerinə gələrək jurnalistlərə açıqlama verib. Olland bildirib ki, baş verənlərə görə İŞİD məsuliyyəti öz üzərinə götürüb: “İndi onlar qarşılarında birləşmiş Fransanı görəcəklər”.

***

“Euronews”un yaydığı son məlumara görə, ümumilikdə ölənlərin sayı 140-a çatıb. öldürülən terrorçuların sayının isə 4 nəfər olduğu bildirilir.

***

Girovların azad edilməsi əməliyyatı başa çatıb. Əməliyyat zamanı 10 nəfərin öldüyü, 2 terrorçunun məhv edildiyi bildirilir.

Fransa polisi bugünkü teraktda 45 nəfərin öldüyü, onlarla insanın yaralandığı barədə məlumat yayıb.

***

Girovların azad edilməsi üçün xüsusi əməliyyat başladılıb. Əraziyə xeyli sayda polis və təhlükəsizlik qüvvələri cəlb edilib.

***

“Bataklan” teatrında insanların girov götürüldüyü xəbəri təsdiqlənir. “Associated Press” teatr binasında 100, “Reuters” isə 60 nəfərin olduğunu xəbər verir.

Hücum zamanı teatrda “Eagles of Death Metal” rok qrupunun konserti gedirmiş.Terrorçular 5-6 nəfərdi. 

Paris polisi ölənlərin sayının 35 olduğunu açıqlayıb. Media isə rəqəmin daha böyük olduğunu yazır.

***

Strateq.az “Dailymail”ə istinadən xəbər verir ki, Fransa radiosuna açıqlama verən hadisə şahidlərindən biri terrorçulardan “Allahu Əkbər” və “Bu, Suriya üçün” sözlərini eşitdiyini deyib: “Teatr salonuna girib atəş açdılar. “Allahu Əkbər” qışqırıb “Bu, Suriya üçün” dedilər. Hamı yerə yatmışdı. Məncə, içəridə insanlar qalıb. Dəhşət içində idik. Bu, bir kabus idi”. 

***

Parisdəki terrorda ölənlərin sayının 60-a çatdığı bildirilir. Məlumata görə, paytaxtın 6 rayonunda güllə səsləri eşidilib.

Prezident Fransua Olland bu dəqiqələrdə Nazirlər Kabinetinin təcili iclasını keçirir.

***

Fransanın paytaxtı Parisdə terror hadisəsi baş verib. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Fransa-Almaniya yoldaşlıq görüşünün getdiyi vaxtda «Stade de France» stadionunun yerləşdiyi rayonda eyni vaxtda üç yerdə partlayış olub. 40-a yaxın insanın öldüyü, bir neçə nəfərin girov götürüldüyü bildirilir.

Oyun zamanı stadionda Fransa prezidenti Fransua Olland, xarici işlər naziri Loran Fabius və onun almaniyalı həmkarı Frank-Valter Ştaynmayer də olub.

Artıq Fransa polisi prezidenti və rəsmiləri stadiondan çıxarıb. Oyunu izləməyə gələnlər isə hələ ki stadiondan kənara buraxılmır.

Parisdəki “Petit Kamboce” restoranında, “Respublika meydanında, həmçinin «Bataklan» teatrında da güllə səsləri eşidilib. Qeyri-rəsmi məlumatlara görə, teatrda 100-dən artıq insan girov götürülüb.