ABŞ-ın tanınmış “Stratfor” analitik şirkəti Parisdə baş vermiş terrordan sonra mümkün daxili və xarici nəticələr barədə proqnozunu açıqlayıb.
Proqnozda vurğulanır ki, Fransada baş verən terror şok yaratmaqla yanaşı eyni zamanda gözlənilən idi. Fransanın və Avropanın digər dövlətlərinin xeyli sakini Suriyaya gedərək ekstremistlərin sıralarını doldururdular. “”Şarli Ebdo” jurnalına edilən hucum göstərdi ki, Avropaya terror hucumları ilə bağlı permanent təhlükə mövcuddur. Bu terror aktlarının mənbəyini müəyyən etmək çox mühüm məsələyə çevrilib: bu hucumlar “evdə” hazırlanıb, yoxsa hucum edənlər xaricdə təlim keçərək oradan kömək alıblar?” Suriya kimi ölkələrdən Avropaya gələn miqrant axını özü ilə bərabər cihadçı qrupların da terror məqsədi ilə bu ölkələrə daxil olması təhlükəsini yaradıb”.
Analitiklərin fikrincə, terror aktı özünün siyasi nəticələrini də göstərəcək. Beş gündən sönra Fransanın “Şarl de Qoll” təyyarədaşıyan gəmisi İŞİD-lə mübarizə aparmaq üçün Fars körfəzinə yola düşür. Sentyabrdan isə fransız təyyarələri Suriya və İraqda İŞİD mövqelərini bombalayır.
Bundan sonra Fransada miqrantların Avropaya buraxılmamasını və sərhədlərin bağlanmasını tələb edənlərin mövqeyi xeyli güclənəcək.
ölkənin siyasi həyatında da bu öz əksini tapacaq. Mari le Penin rəhbərlik etdiyi ultramillətçi “Milli Cəbhə”nin reytinqi xeyli yüksələcək. Eyni zamanda bura eks-prezident Sarkozini də daxil etmək lazımdır. O da təhlükəsizliklə bağlı sərt xəttin tərəfdarı kimi tanınır. Bu terrordan sonra onun da nufuzu seçicilər arasında xeyli artacaq.
X. SƏFƏROĞLU
Strateq.az