İŞİD Parisdə törədilmiş terror aktına görə məsuliyyəti üzərinə götürüb.
Strateq.az bildirir ki, bu barədə “Reuters” İŞİD-in rəsmi bəyanatına istinadən məlumat yayıb.
İŞİD terrorçuları bəyan edib ki, terror aktı İslam peyğəmbərinin karikaturasına, həmçinin İŞİD-ə endirlən aviazərbələrə cavab olaraq törədilib.
Xatırladaq ki, bu gün “Reuters” İŞİD-in videomüraciətini də yayıb.
Müraciətdə deyilir ki, Fransa Suriyanı bombalamağı dayandırmayana qədər əmin-amanlıq görməyəcək və terror davam edəcək.
Videonun nə zaman çəkildiyi bəlli deyil, kadrlarda tarix və zaman göstərilməyib.