Fransa polisi Parisdə terrror aktı törətmiş yeddi nəfərdən ikisinin şəxsiyyətini müəyyənləşdirib.
Strateq.az bildirir ki, bu barədə “Europe1” radiosu məlumat yayıb. Məlumatda deyilir ki, terrorçulardan biri fransızdır. Digəri isə Suriya vətəndaşıdır.
Polis hazırda özünü partlatmış terrorçuların cəsədləri üzərində təhqiqat apararaq onların kimliyini müəyyənşədirməyə çalışır. Lakin meyitlərin parçalanması tanıma prosesini ləngidir.