XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

14 Noyabr 2015 - 13:46

General Akif Çovdarov qandallandı! – General Hilal Əsədovun isə vəzifəsindən azad edildiyi xəbəri yayıldı

covdarov.jpg

 

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif çovdarov Baş Prokurorluğa verilən təqdimat əsasında bu gün səhər saatlarında həbs edilib.

Strateq.az xəbər verir ki, Akif çovdarova Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunub və Respublika Prokurorluğunun bununla bağlı yaxın saatlarda rəsmi açıqlama ilə çıxış edəcəyi gözlənilir.

Xatırladaq ki, bir neçə gün əvvəl, Strateq.az-a daxil olan məlumatda bildirilirdi ki, indiyədək həbs olunan MTN əməkdaşlarının əksəriyyəti qeyri-qanuni göstərişlərin bir çoxunu həm də birbaşa general-mayor çovdarovdan aldıqları haqda ifadələr veriblər və çovdarovun həbsi üçün kifayət qədər dəlil-sübutlar toplanıb. 

Eyni zamanda, xeyli sayda iş adamı da Baş Prokurorluğa və Prezident Administrasiyasına ünvanladıqları şikayətlərində birbaşa məhz general Akif çovdarovun onlara hədə-qorxu gələrək, milyonlarla vəsaitlərini və əmlaklarını əllərindən aldığını bildiriblər.

Akif çovdarovun Bakıda MTN-dən kənarda gizli həbsxana saxlaması və xeyli sayda iş adamına bu həbsxanada işgəncə verməklə onları şantaj etməsi faktı da istintaqa məlum olmuşdu.

***

Maraqlıdır ki, çovdarovun həbs olunduğu saatlarda Eldar Mahmudovun dəstəsinin daha bir fəal üzvü – Milli Təhlükəsizlik nazirinin müavini, general-mayor Hilal Əsədovun da vəzifəsindən alındığı xəbəri yayılıb. Hələlik, rəsmən təsdiqini tapmasa da, xəbərdə bildirilir ki, bugünədək ciddi nəzarət altında MTN-ə gəlib-gedən Hilal Əsədov bu gün səhər saatlarında kabinetində yır-yığış edərək, oranı tərk edib.

Hilal-Esedov.jpgHazırda MTN əməkdaşları arasında da Hilal Əsədovun vəzifədən uzaqlaşdırıldığı haqda xəbər yayılıb, ancaq rəsmi qurumlar hər hansı informasiya verməkdən yayınırlar.

Xatırladaq ki, Hilal Əsədovun “Mahmudov və dəstəsi”nin işinə görə vəzifədən uzaqlaşdırılacağı ilk günlərdən gözlənilirdi, ancaq onun MDB xüsusi xidmət orqanları rəhbərlərinin Rusiya prezidenti Vladimir Putinlə görüşündə Azərbaycanı təmsil etməsi faktı bu fikirləri arxa plana keçirmişdi.

Belə görünür ki, Prezident İlham Əliyev Eldar Mahmudovun bütün şəbəkəsini MTN-dən və digər dövlət qurumlarından təmizləmək niyyətindədir və sadəcə, cəmiyyətdə ciddi ajiotaj yaranmasın deyə, prosesi mərhələ-mərhələ aparmaq taktikası seçib.

Strateq.az