XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

14 Noyabr 2015 - 16:54

Kərəm Həsənovun Baş Prokurorluqda dindirilməsi ilə bağlı açıqlama

kerem-hesenov.jpg

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) qurumun sədri Kərəm Həsənovun Baş Prokurorluğa dəvət olunaraq dindirilməsi barədə mətbuatda yayılmış məlumatlara münasibət bildirib.

Fins.az-a açıqlama verən Komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov deyib ki, bu məlumat bəzi saytlar tərəfindən qərəzli şəkildə yayılır və heç bir əsası yoxdur: “Komitə sədrinin iftira dolu məlumatlarda qeyd olunduğu kimi, Baş Prokurorluğa çağırılması xəbəri həqiqətə uyğun deyil, tamamilə yalan, uydurma və böhtan xarakterlidir. Belə məlumatlar bir sıra qərəzli və külli miqdarda dövlət əmlakını əldə etmək istəyən, lakin buna ƏMDK tərəfindən imkan verilməyən şəxslər tərəfindən bilərəkdən və qəsdən bəzi informasiya saytlarına ötürülərək Komitənin qanunvericiliklə müəyyən edilmiş fəaliyyətinə və nüfuzuna xələl gətirmək məqsədi və sabotaj xarakteri daşıyır. ƏMDK öz fəaliyyətində açıqlığın, şəffaflığın və ictimai məlumatlandırmanın təmin olunmasını “Kütləvi informasiya vasitələri haqqında” qanuna uyğun olaraq özünün rəsmi internet səhifəsi, mətbu orqanları və digər kütləvi informasiya vasitələrində mətbuat məlumatlarının yayılması yolu ilə həyata keçirir”.