Parisdə noyabrın 13-də “Bataklan” teatrına hücum edən terrorçulardan biri qadın olub.
“RİA Novosti”nin xəbərinə görə, “Europe 1” radiostansiyası bu haqda məlumat yayıb.
Belçikanın paytaxtı Brüsseldə isə polis Paris hücumları ilə əlaqəsi ehtimal edilən bir nəfəri həbs edib.
ABŞ dövlət katibi Con Kerri bir daha Vaşinqtonun mövqeyini açıqlayıb. O bildirib ki, Paris hücumundan sonra Amerika “terrorçuluq bəlasının kökünü kəsməkdə çox qərarlıdır”.
Şahidlərin məlumatına görə, terror aktının törədildiyi teatr binasına bir qadın və iki kişi terrorçu daxil olub.
Yunanıstandan verilən açıqlamaya görə, terror aktını törətməkdə şübhəli bilinənlərdən biri – Suriya pasportunun məxsus olduğu şəxs oktyabrın 3-də Leros adasından Avropa İttifaqına keçib.
Xatırladaq ki, Parisdə noyabrın 13-də törədilmiş silsilə terror aktları nəticəsində 127 nəfər ölüb, 300-dək adam yaralanıb.
Strateq.az