“Böyük iyirmilik” (G-20) ölkələrinin sammmitində iştirak etmək üçün ABŞ prezidentinin “Air Force One” təyyarəsi ilə Antalya hava limanına gələn Barak Obamanı Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi başda olmaqla digər rəsmilərdən ibarət heyət qarşılayıb.
Qarşılanma mərasimindən sonra Obama onu gözləyən limuzinlə qalacağı mehmanxanaya hərəkət edib.
ABŞ və Türkiyə prezidentlərinin görüşü yerli vaxtla saat 10.40-da başlayıb. Görüşə Türkiyə tərəfdən XİN başçısı Firudin Şimşək, maliyyə naziri Mehmet Şimşek, MİT rəhbəri Hakan Fidan, millət vəkilləri Binəli Yıldırım, Berat Akbayrak, prezident katibinin köməkçisi İbrahim Kalın və Türkiyənin Amerikadakı səfiri Serdar Kılıc iştırak edib.
ABŞ nümayəndə heyətində dövlət katibi Con Kerri, milli təhlükəsizlik məsələləri üzrə müşavir Suzan Rays, ABŞ-ın Türkiyədəki səfiri və digər vəzifəli şəxslər təmsil olunub.
68 dəqiqəlik görüşdən sonra Ərdoğan və Obama jurnalistər üçün brifinq keçirib.
Ərdoğan “dəyərli dostum” deyərək təqdim etdiyi Obamayla nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirdiklərini açıqlayaraq, Parisdə törədilən terror aktını bir daha qətiyyətlə pislədiyini vuğulayıb. Bu məsələnin “Böyük iyirmilik” (G-20) ölkələrinin Antalya sammmitində xüsusi müzakirə olunacağını diqqətə çatıdıran Türkiyə prezidenti Ankarının mövqeyni də ifadə edib: “Kollektiv bir terror anlayışına qarşıyıq. Terrorun dini, irqi və milləti yoxdur. Fransada, Parisdə eyni ilə Ankarada, Gaziantepdə, Suruc, Diyarbəkirdə olduğu kimi kollektiv bir terrorla üz-üzə qaldıq. Bu terror aktı yalnız Fransa xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilib”.
Ərdoğan qeyd edib ki, prezident Obama ilə Suriya məsələsini də müzakirə edib: “Hörmətli Barak ilə eyni zamanda Suriyada İŞİD-ə qarşı mübarizə məsələlərini də müzakirə etmək fürsətimiz oldu. Koalisiya qüvvələri məsələsində bundan sonrakı mərhələdə atacağımız addımları da müzakirə etdik. Nümunəvi müttəfiqlər olaraq bundan sonra da növbəti mərhələdə strateji olaraq birliyimizi dünyada sülhün təmin olunmasına töhfəmizi vermək naminə qətiyyətlə davam etdirəcəyik”.
Türkiyəyə prezident Ərdoğana qonaqpərvəyliyə görə təşəkkür edən prezident Obama G-20 sammitində daha çox qlobal iqtisadiyyatla bağlı problemlərin müzakirə olunacağını, bununla yanaşı Parsidəki terror aktının da müzakirələrə təsir edəcəyini açıqlayıb.
Onun sözlərinə görə, “Ankaradakı qorxunc terror aktı, süni ideologiylarala məsum insanların öldürülməsi sadəcə Fransa və Türkiyə deyil, bütün sivil dünyaya qarşı bir hücumdur”.
ABŞ prezidenti qeyd edib ki, Vaşinqton və Ankara İŞİD-lə mübarizə məsələsində Koalisiya qüvvələrində, NATO-da müttəfiq olaraq Suriyada siyasi keçidi təmin etmək üçün bir yerdə işləyirlər.
Obama Ərdoğanla görüşünün Türkiyə-Suriya sərhəddində başqa ölkələrdən gələn yaraqlılarla mübarizənin və bu məsələdə əlaqələndirmənin davam etməsi üçün çox faydalı olduğunu vurğulayıb.
Strateq.az