Antalyada keçirilən «G-20» sammitinin ənənəvi şəkil çəkidirmə mərasimində bütün liderlər bir araya gəliblər.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, foto üçün sıraya ilk Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, sonra ABŞ prezidenti Barak Obama gəlib.
Prezidentlər onların yanına gələn dövlət başçıları ilə sırayla salamlaşıblar.
Kameralara ABŞ lideri Barak Obamanın Azərbaycan prezidenti İlham Əliyevlə əl sıxaraq görüşməsi də düşüb.