XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 November 2015 - 11:36

“Amerika ilə döyüşmək, yoxsa ticarət”: Rus elitası Putini hansı dilemma qarşısında qoyub? –TƏHLİL

 

putin elita.jpeg

Rusiya siyasi elitasının daxilində dövlətin xarici siyasət xəttinin formalaşdırılmasında iştirak edən bir neçə qrup mövcuddur.

Bu barədə ABŞ-ın Karnegi Fondunun Rusiya siyasi elitasının xarici siyasətə təsiri ilə bağlı hazırladığı təhlilində qeyd olunub.

Bu qruplar qoltuqlarında müxtəlif uzunmüddətli layihələr gəzdirərək Kremlin koridorlarında dolaşırlar. Şərti olaraq bu qrupları 3 yerə bölmək olar: “Döyüşçülər”, “tacirlər” və “ruhanilər”…

Kremldə taktikanın strategiyanı sıxışdırmasına baxmayaraq, elita daxilində strateji planlarla bağlı qıtlıq nəzərə çarpmır: burada xarici siyasətlə bağlı müxtəlif layihələri daşıyan çoxlu qüvvələr mövcuddur. Elitanı təmsil edən müxtəlif qüvvələr prezident Putinin yanına gedərək ona ideyalar və risklərin qiymətləndirlməsinə dair müxtəlif tövsiyyələr olan qovluqlarını təqdim edirlər. Hansısa məqamda Putin bu qovluqlardan zamanın çağırışına uyğun gələnini seçərək həyata keçirir.

özünün belə təkliflərini Putinə təqdim etmək imkanı olanları 3 böyük qrupa bölmək olar.

Birinci qrupa “döyüşçülər” daxildir. Bu qrupa təkcə Müdafiə Nazirliyi,  FTX kimi güc strukturları deyil,  özünü “güc ideologiyasının” daşıyıcısı sayan şəxslər də daxildir. Belələri iqtidarın içində çoxdur: Sergey Narışkin, Sergey Qlazyev, “Novorossiya” layihəsinin tərəfdarı Dimitri Roqozin, Hərbi-Sənaye Kompleksinin lobbiçiləri və b.  Onları “müharibə partiyası” adlandırmaq da olmaz. çünki hər hansı bir partiya mövcud deyil. Sadəcə ölkənin siyasi və iqtisadi həyatının müxtəlif sferalarında olan və qarşıdurma ssenarisində maraqlı görünən xadimlər var. Qərblə münasibətlər nə qədər pisləşirsə, onların imkanları da o qədər genişlənir. Bu “döyüşçülər” o qrupa daxildir ki, onlar Qərbdə oxuyan övladlarını vətənə gətirməyə, əcnəbi banklardakı hesablarını bağlamağa, bağlarını belə satmağa hazırdırlar. Belə halda onlar Rusiyanın daxilində daha çox uğur əldə edəcəklər.

 

putin elita02.jpg

İkinci şərti qrup “tacirlər”dir. Bu qrupun təmsilçiləri Rusiyanın yürütdüyü hazırkı kursa yaxındırlar. Belə demək olarsa, “nə sülh, nə də müharibə”, maksimum manevr azadlığı…

“Tacirlər” 90-cı illərdə formalaşmış, 2000-ci illərdə Putinlə dostluq sayəsində böyümüş  biznes elitasıdır. Həm dövlətin himayəsində olan, həm də böyük özəl biznes müstəvisi Putinin siyasətini dəstəkləyir. Yalnız birincilər, dövlət himayəsi ilə biznes quranlar bu fəal dəstəyi əsirgəmirlər. çünki başqa cür bacarmırlar. İkincilərin isə başqa yolu  yoxdur. Yoxsa hər şeylərini itirə bilərlər.  

Birinci təbəqə sanksiyalarla daha çox üzləşib. Bu isə onları Putinə daha çox bağlayıb. İkincilər isə, geopoltik böhranın nəticələrindən əziyyət çəkərək hakimiyyəti dəstəkləməklə öz risklərini azaldırlar.  

“Tacirlər” Qərblə qarşıdurmanın əleyhinədirlər və sanksiyaların tezliklə götürülməsini dəstəkləyirlər. Biznesmen Seçin şirkətinə kapital yatırımının aşağı düşməsindən şikayətlənir, digər milyonçu Timçenko isə ziyandan qaçmaq üçün aktivlərini paylamağa məcbur olub. Samballı iş adamı Vladimir Potanin maliyyə resurslarının əlçatan olmamasından narazıdır, Deripaska isə deyir ki, ABŞ-la gərginliyin azaldılmasına nail olmaq lazımdır.  

Amma həmin Potanin və Deripaska Putinə opponentlik etməyi ağıllarına belə gətirmirlər. çünki onlar Putini bu gün “başlarının üstündəki günəş” kimi qəbul edirlər. Buna baxmayaraq, “tacirlər” üçün uzunmüddətli sanksiyalar ən pis ssenaridir. “Hər şey hökmən düzələcək” duası hər gün burunlarının altından mızıldadıqları duadır.

“Bu köpük hökmən çökəcək, baş verənlər yox olub gedəcək. Kimlərsə öz bugünkü emosionallığı və boşboğazlığına görə utanacaq. Biz heç vaxt Amerikadan və Avropadan uzaq düşə bilmərik. Onlar da bizsiz qala bilməzlər. Dost olmasaq da münasibət saxlamaq lazım gələcək”,- deyə Potanin bildirir.  Qərb onun üçün nədir? çətin tərəfdaşdır, amma tərəfdaşdır.

putin elita03.jpg

Putinin ətrafında cəmləşməklərinə baxmayaraq, “döyüşçülər” və “tacirlər” arasında ölkədaxili məsələlər barəsində uçurum mövcuddur. Məsələn, Anatoli çubays güc strukturlarının cinayətkar kimi tutub həbsxanaya basmaq istədiyi müxalifətçi Aleksey Navalnıy ilə dialoq aparır. Vladimir Potanin isə NTV-nin “qərb agenti”, ölkədə “rəngli inqilab etməkdə” ittiham etdiyi  Dimitri Zimini  “Rusiyanın əsl vətənpərvəri” adlandırır.

Bu baxımdan Navalnıya və Ziminə qarşı münasibətdə “döyüşçü”lər və “tacirlər” arasında ciddi fərq göz önündədir.

Putinin ətrafında orkestri  gur çalan, amma nufuzu daha zəif olan daha bir qrup da var. Bunlar “ruhanilərdir”: Rusiya Pravoslav Kilsəsi, hakim partiyanın qanunverici təşəbbüslə çıxış edən deputatları, təbliğatçılar və pravoslav fəallar. Müharibə təbliğatı onların işdir. Sosial aqressiya və nifrət toxumları püskürmək onların əsas resursu, həyatlarının mənasdır.    

“Ruhanilər” hakimiyyət üçün sosial dayaq yaradırlar. Ənənəvi dəyərlər, iman, qərb həyat tərzinin lənətlənməsi və qərb sivilizasiyasına hökm oxumaq Putin hakimiyyətinin yeni ideoloji trendidir.

Bu ideoloji müstəvidə çıxış edənlər özünün tələb olunan olduğunu göstərmək, himayə altına düşmək və TV-də populyar olmağı ehtiva edirlər. Müdafiə ideologyası onlar üçün həm çörək, həm də işıqlı gələcəkdir.

 

putin elita04.jpg

Qərb Rusiyaya təzyiq edəndə “ruhanilər” qiymətə minir: “Baxın, Putinin əl-qolunu bağlayırlar, “düşmən” bizim milli maraqlarımızı tapdalayır”. Nə qədər çox “düşmən” olarsa, döyüş meydanı o qədər böyük olar. Bu adla büdcəni talayır, karyera qururlar.  

 “Ruhaniləri” “döyüşçülər”dən ayıran mühüm fərq ondan ibarətdir ki, onlar Qərbin ideoloji döyüş üçün əlçatan meydan kimi qalmasında maraqlıdırlar.  

Bütün bunların başında dayanan Putin üçün bu, konqlemerat dünyanın məntiqi şəkli kimi qavranır.  “Döyüşçülər” – resurs, “tacirlər”- məhdud siyasi imkanları olan subyektlər, “ruhanilər” isə qorxulu gurultu fonu yaradan mənbədir.  Putin bu qruplar arasındakı harmoniyanın yaratdığı öz dünyasında yaşayır.  

Ancaq çətin ki, “döyüşçülər” və “tacirlər” belə rol bölügüsü ilə razı olsunlar.  Müharibə partiyasını real siyasətdə əsas resurs kimi is
tifadə edən Kreml bu resursdan asılı vəziyyətə düşür. “Tacirlər”ə isə müvəqqəti və konyuktura altında qalmaqdan uzunmüddətli və permanentə çevirməklə onlara yeni trendlərin qurbanı rolunu verirlər.

Bütün bunların fonunda “döyüşmək, yoxsa ticarət” Putin üçün əsas dilemmaya çevrilir.

Hazırladı:

X.SƏFƏROĞLU 

 

putin elita05.jpg