XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 November 2015 - 06:53

YAP MNTK-nın sədri ilə Beytulla Hüseynovun kirvəsinin həbsi təsdiqləndi – Yeni həbslər

“Aztelekom” MMC-nin baş direktoru Məmməd Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Strateq.az APA-ya istinadən xəbər verir ki, M. Məmmədov barəsində dünən axşam saatlarında Səbail rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

M. Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Bundan başqa, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin Nizami ATS-in rəisi Fətullah Seyidov və ATS-in mühasibi barədə də həbs qətimkan tədbiri seçilib. 

Strateq.az isə xəbər verir ki. M.Məmmədov YAP Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) sədridir. Həbs edilən Fətulla Seyidov isə BTRİB-in sabiq rəisi, rabitə sektorunda ilk həbsi həyata keçirilən Beytulla Hüseynovla kirvdədir. F.Seyidov, eyni zamanda, BTRİB-in həbs edilən baş mühasibi Anar Mustafayevin də yaxın qohumudur. Anar Mustafayevin rabitədəki yüksəlişi də Nizami Telefon Qovşağının sabiq rəisinin sayəsində mümkün olub…

Onu da qeyd edək ki, bundan əvvəl “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov da həbs edilib. Onlar Bakı İstintaq Təcridxanasında saxlanılırlar.